“Ona görə də “omikron” daha yüngül keçir…”

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı bir çox ölkələrdə dominantdır. Həmin ştam sürətli yoluxma qabiliyyətinə malikdir. Araşdırmalar göstərir ki, “omikron” tənəffüs yollarını “delta” variantından 70 dəfə çox əhatə edir. Bu, virus yükünün daha yüksək olmasına və yoluxmanın artmasına səbəb olur. Belə olan halda, xəstənin tənəffüs yollarından çıxan virusun miqdarı çox olduğu üçün digərlərini də daha tez yoluxdurur. İstənilən halda, əvvəlkilərlə müqayisədə “omikron”un klinikası yüngül gedişlidir, çünki o, ağciyər toxumasında koronavirusun ilkin variantından 10 dəfə az sürətə malikdir.

Orqanik.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında hepatoloq-infeksionist Mərdan Əliyev deyib.

Həkim-mütəxəssis bildirib ki, “omikron” ştamının ağciyərlərdə pnevmoniyaya səbəb olma ehtimalı aşağıdır: “Ona görə də “omikron” daha yüngül keçir və qripə oxşar infeksiyalara bənzəyir. Həmçinin “omikron”un genotipi də müəyyən olunub, həmin ştamın genotipi mövsümü kəskin respirator infeksiyalara daha yaxındır”.

M.Əliyev, həmçinin vaksinasiyanın əhəmiyyətindən bəhs edib. Deyib ki, ştamların oxşar və fərqli xüsusiyyətlərindən asılı olmayaraq peyvənd vurdurmaq və profilaktik tədbirləri həyata keçirmək vacibdir. Həkimin sözlərinə görə, kütləvi toplaşmalarda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni qorumaq və dezinfeksiyaedici məhlullardan istifadə etmək vacib şərtlərdir.

“Hazırda bütün dünyada istifadə edilən vaksinlərin effektivliyi “omikron”a münasibətdə nisbətən zəifləyib. Ona görə də vaksinlər üzərində müəyyən dəyişikliklər aparılır, peyvəndlər “omikron” variantına uyğunlaşdırılır. İstənilən halda, peyvəndləmədə aktiv iştirak etmək və gigiyenik qaydalara əməl etmək lazımdır”, – deyə hepatoloq-infeksionist qeyd edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.