Ömrü uzadan məhsullar. Yeyin ki, çox yaşayasınız!

Alimlər insan həyatını uzatmağa kömək edən məhsulların adını açıqlayıb.

Orqanik.az Еxpress-ə istinadla bu məhsulların siyahısını təqdim edir:

– Balıq

Zülal, Omeqa-3 və Omeqa-6 yağlı turşular və bir çox digər faydalı maddələrlə zəngin olan balıq uzunömürlülərin məhsulu sayılır. Balıq orqanizm tərəfindən çox asan mənimsənilir və orqanizmi yükləmir.

Mütəxəssislər həftədə ən azı 2 dəfə balıq yeməyi tövsiyə edirlər.

– Paxlalılar (lobya, mərci, noxud)

Bu məhsulların müntəzəm istehlakı ürək-damar xəstəliklərinin riskini xeyli azaldır, bağırsaqların fəaliyyətinə müsbət təsir edir, orqanizmi ziyanlı maddələrdən (toksinlər, azad radikallar, ağır metalların duzları və s.) təmizləyir.

– Qoz, fındıq, badam, araxıs

Beyinin cavanlığını qoruyan, damarların sağlamlığına müsbət təsir edən qoz-fındıq insan ömrünü uzadan əsas məhsullardan biri sayılır.

Mütəxəssislər hər gün 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər.

– Ədviyyatlar (çili, sarımsaq, darçın, zəncəfil və s.)

Müxtəlif ədviyyatlardan tez-tez istifadə etmək sağlamlığa çox müsbət təsir edir. Ədviyyatlar mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, xolesterinin səviyyəsini tənzimləyir, mübadilə proseslərini yaxşılaşdırır, xərçəng əleyhinə təsirə malikdir.   

– Qara şokolad

Antioksidantlarla zəngin olan təbii qara şokolad damar və ürəyin sağlamlığını qoruyur, sinir sisteminə müsbət təsir edir, stresləri azaldır.

– Qəhvə

Mütəxəssislər sübut edir ki, qəhvənin gündəlik istehlakı “istənilən səbəblərə görə” ölüm riskinin azalmasına yardım edir.

Buna əks-göstərişlər yoxdursa, gün ərzində 1-3 fincan qəhvə içmək olar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.