Narahatlıq səbəbindən “Omikron” ştammının yalançı simptomları yarana bilər.
Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı professoru, biologiya elmləri doktoru Ança Baranova deyib.
Onun sözlərinə görə, koronavirus insanda ciddi narahatlığa səbəb ola bilər ki, bu da COVID-19-a işarə edən psixosomatik simptomlara gətirib çıxarır.
Professor qeyd edir ki, koronavirus narahatlığı iki hissədən ibarətdir.
Birincisi, pandemiya ilə bağlı həyəcan, ikincisi, COVID-19-un insan beyninə təsiri ilə bağlı narahatlıqdır:
“Virus beynə təsir edir, o həm də bizim normal proseslərimizi pozaraq təsir göstərir. Kimsə narahatlığa, kimsə depressiyaya, kimsə başqa bir şeyə daha çox meyllidir və bunların hamısı normal bir fenotipdədir”.
O, əlavə edib ki, koronavirus infeksiyası zamanı iltihab və neyroiltihab nəticəsində insan orqanizmində bəzi proseslər kəskinləşə bilər. Sağaldıqdan sonra normal formaya qayıdırlar və bununla əlaqədar xəstənin vəziyyəti yaxşılaşır.
Orqanik.az