Omikrondan da yoluxucu mutasiya yarana bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkxove xəbərdarlıq edib ki, dünyada “omikron”dan daha yoluxucu olacaq yeni bir koronavirus ştamı yarana bilər. Onun fikrincə, virusun yeni variantı nə qədər çox dövr edirsə, bir o qədər də dəyişikliklərə məruz qalır.
Orqanik.az xəbər verir ki, Kerkxove yeni ştamların daha yoluxucu olacağını söyləyib, çünki onlar hazırda yayılan variantlarla rəqabət aparmalıdır. Eyni zamanda mütəxəssis “delta” variantı ilə müqayisədə xəstəliyin daha yüngül gedişatına görə omikronu COVID-19-un zəif ştammı hesab etməməyə çağırıb.

Yanvarın 21-də məlum olub ki, dünyada gündə 3 milyon 777 min 104 nəfərdə COVID-19-a yoluxma qeydə alınıb ki, bu da pandemiyanın başlanğıcından bəri rekord gündəlik göstəricidir.

Eyni zamanda 24 saat ərzində COVID-19-dan 8741 nəfər dünyasını dəyişib. Ən çox yoluxanlar ABŞ, Hindistan və Fransada olub.

Təşkilat SARS-CoV-2 koronavirusunun tədricən endemik hala gəldiyini bildirib. Endemik xəstəlik bir bölgədə yayılmış bir xəstəlikdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.