İmmun sistemini gərginləşdirən, bədəni ağırlaşdıran və müalicəyə mane olan bəzi ərzaqlar, qidalar var ki, Omikrona yoluxduqda onları yemək məsləhət deyil.
Orqanik.az xəbər verir ki, rusiyalı həkim dietoloq Marqarita Koroleva Omikrona yoluxanlara qadağan olunan qidaları açıqlayıb.
O, xəstələrə duzlu, şoraba, şirniyyat, hisə verilmiş kolbasa, ət və yağlı qidalar yeməməyi tövsiyə edib.
Xəstəlik dövründə çox yemək, zərərli qidalanmaq sağalma müddətini uzadır.
Marketdə satılan hazır qablaşdırılmış qidalar, rafinə olunmuş məhsullar, kolbasa, sosis, şirniyyat aşağı qidalandırıcı dəyərə malikdir.
Onların tərkibində olan maddələr immun sistemini gərginləşdirir. O, immuniteti yayındırır, xüsusən şirniyyat, konfet, qənd yeyilməməlidir.
Eləcə də alkoqol və siqaretdən imtina lazımdır.
Duzlu qidalar, xörəyə çox duz səpmək orqanizmdə maye durğunluğu yaradır, ayaqlar şişir, orqanizmin detoksikasiyası getmir. /Orqanik.az
Orqanik.az