Omikrona yoluxanlar qoxu və dadbilməni itirmirlər

Artıq yüksək temperatur “omikron”a yoluxanların ancaq yarısında müşahidə olunur.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist, tibb elmləri namizədi Andrey Pozdnyakov bildirib.

Həkimin sözlərinə görə, bu ştammda qızdırma əsas simptomlardan biri olaraq qalsa da, artıq daha az yoluxanlarda görünür.

Pozdnyakov həmçinin bildirib ki, “omikron”a yoluxmuş xəstələr əzələ ağrısı, iştahsızlıq və anosmiya (qoxu və dadın itirilməsi) kimi simptomlardan daha az şikayət etməyə başlayıblar.

“Yəni, əvvəlki ştamlar üçün xarakterik olan şey, ilk növbədə, anosmiya, “omikron”da olduqca nadirdir; “delta” ilə müqayisədə, anosmiyalı insanların sayı səkkiz dəfə azalıb”, – deyə mütəxəssis əlavə edib.

“Virus kollektiv immun reaksiyasının hücumundan yayınır və getdikcə daha çox adi respirator infeksiyaya çevrilir. Bir virus üçün bu, məcburi bir tədbirdir”, – deyə alim sözlərini yekunlaşdırıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.