“Omikron”, yoxsa qrip? – Necə müəyyən edək?

Hazırda boğaz ağrısı və qızdırması olanların böyük əksəriyyəti koronavirusun “omikron” ştammına yoluxan şəxslərdir.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

“Bir müddət ölkəmizdə qrip infeksiyası yayılmışdı. Hazırda ölkəmizdə qrip infeksiyası demək olar ki, yoxdur. Bu da onu deməyə əsas verir ki, çoxlarının yoluxduğu qrip deyil. Bu, koronavirusun “omikron” ştammıdır”, – deyə həkim qeyd edib.

Onun sözlərinə görə, xəstəliyin bəzi simptomları qriplə oxşardır. Oxşarlığın çox olması səbəbindən xəstəliyin müəyyən edilməsi çətinləşə bilər.

“Omikron” ştammının əsas simptomları hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissidir. Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, baş ağrısı, yorğunluq və.s-dir.

Bu virusları bir-birindən ayırd etmək üçün ancaq yaxma analizi vermək lazımdır”, – M.Əliyev əlavə edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.