“Omikron” variantı 90 faiz hallarda…

Kəskin respirator virus infeksiyaları ilin soyuq aylarında daha çox yayılır. Hətta qrip infeksiyasının virusları mənfi 60 dərəcə temperaturda yaşaya bilir. COVID-19-un tipləri də mənfi temperatura qarşı dözümlüdür. Qış aylarında onların yoluxduruculuq xüsusiyyəti daha da yüksəlir. Virus əvvəlcə orqanizmə daxil olaraq immunitet sistemini çökdürür, ikincili infeksiya yaradaraq bakteriyalar üçün yol açır. Qarşılıqlı simbioz həyat tərzi nəticəsində virus və bakteriyalar bir yerdə yaşayaraq orqanizmdə patogenlik törədir.

İki ildən artıqdır ki, COVID-19 infeksiyası ilə mübarizə gedir və zaman keçdikcə onun xüsusiyyəti ilə əlaqədar tibbi praktikada baş verən dəyişiklikləri görürük. COVID-19 infeksiyası yuxarı tənəffüs yollarını deyil, əsasən aşağı tənəffüs yollarını, yəni ağciyərləri zədələyir. “Omikron” ştamı isə yuxarı tənəffüs yollarını – bronxları, boğaz nahiyəsi və ağız boşluğunu daha çox zədələyir. Hətta “omikron”un yeni bir əlaməti üzə çıxıb: xəstələrdə orta qulağın iltihabına səbəb olur, yəni xəstələr qulaq ağrısından da şikayətlənirlər. Viruslar mutasiyaya uğradıqca ayrı-ayrı toxumaları zədələmə xüsusiyyəti qazanırlar. Ola bilsin ki, “omikron”dan sonra bir başqa ştam yaranacaq və o da özünü başqa əlamətlərlə özünü büruzə verəcək. Bu gün orijinal COVID-19-la “omikron”un müqayisəsində zədələmə lokalizasiyasına görə onların bir-birindən fərqləndiyini görürük.

Orqanik.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

Son günlərin yoluxma statistikasında artımlara toxunan həkim-infeksionist deyib: “Rəqəmlər yüksək olsa da, pik nöqtə qabaqdadır. Nəzərə alsaq ki, ali təhsil ocaqları tətil dövründədir, onların açılması sıxlığa səbəb olacaq. Məktəbəqədər müəssisələrdə, orta məktəblərdə də həmin hallar müşahidə edilir. Onu nəzərə çatdırmaq istəyirəm ki, “omikron” variantı orijinal COVID-19-dan dörd dəfə çox yoluxuculuğa malikdir. Maska taxılmış vəziyyətdə küçədə gedəndə belə yaxın məsafədən “omikron”a yoluxmuş xəstə keçirsə, yoluxma ehtimalı var. “Omikron”dan qorunmaq üçün maskaları bir qədər qalınlaşdırmaq, iki maska taxmaq və yaxud N95 maskasından istifadə etmək lazımdır. Dörd nəfərlik ailədə bir nəfər “omikron”a yoluxubsa, digər ailə üzvlərinin yoluxma ehtimalı 90 faizdən artıqdır. İndi istifadə edilən cərrahi maskaların virus infeksiyalarından qoruyuculuğu o qədər də yüksək deyil. Həmin maskaların istifadə müddəti maksimum dörd saatdır. Ona görə də maskalar tez-tez dəyişilməlidir, çünki bir növ filtr rolu oynayır. Maskalar təkcə virus və bakteriyaların qarşısını almır, eyni zamanda, havada olan toz hissəciklərini, müəyyən allergenləri də öz üzərində saxlayır. Onun çöl səthi daim çirklənmiş vəziyyətdə olur, ondan bir neçə gün istifadə edəndə maska özü də infeksiya mənbəyinə çevrilir. Sağlamlığı qorumaq istəyiriksə, maskanı gün ərzində bir neçə dəfə dəyişmək lazımdır.

O, xəstələrə öz tövsiyəsini də ünvanlayıb: “Təəssüf ki, xəstəliyə yoluxanlar həkim məsləhəti olmadan müxtəlif dərman preparatları qəbul edirlər. “Omikron” ştamı klinik əlamətlərlə başlayan kimi xəstələr “Deksometozon” kimi ağır preparatlar, antibiotiklər qəbul edirlər. Belə hallar sonradan ağırlaşma ehtimalı yaradır. Qeyd etmək istəyirəm ki, “omikron” variantı 90 faiz hallarda yüngül keçir və onun müalicəsi zamanı çoxlu dərman qəbul etməyinə ehtiyac yoxdur. Əgər ilk günlərdən burun axması, boğaz ağrısı, hərarət varsa, xəstə döş qəfəsi arxasında, eləcə də əzələ və sümük ağrıları hiss edirsə, özünü ətrafdan təcrid etməlidir. Xəstə cavan olduqda polivitaminlər qəbul etməli və boğaz ağrısı daha çox müşahidə edildiyinə görə yumşaq tərkibli antiseptik məhlullardan , “Furasilin”lə qarqaradan istifadə etmək məsləhətdir. Yalnız temperatur yüksək olduğu təqdirdə həkim məsləhəti əsasında antibiotik qəbul etmək lazımdır. “Omikron” ştamı daha çox subfebril- 37, 2- 37,5 dərəcə temperatura səbəb olur və həmin dövrdə antibiotik qəbul etməyə ehtiyac yoxdur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.