“Koronavirusun “Omikron” ştammı COVID-19-un əvvəlki variantlarına nisbətən sağlamlıq üçün daha az təhlükəlidir, buna görə də pandemiyanın qripə bənzər şəkildə idarə oluna bilmə şansı var və bir neçə aydan sonra bir çox Avropa İttifaqı ölkəsi məhdudiyyətləri aradan qaldıracaq”.
Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu ümidverici fikirlərin müəllifi Belçikadakı Löven Katolik Universitetində müəllim işləyən, virusoloq Mark van Ransta məsxsusdur.
Mütəxəssis əmindir ki, “Omikron” insanların heyəcandan azad olmasına səbəb olub.
“O daha çox yoluxucu olsa da, lakin daha az təhlükəli və ölümcüldür. İnfeksiyanı yüngül formada keçirmiş insanlar, həmçinin peyvənd olduqlarına görə xəstəliyi asan adladan insanlar koronavirus pandemiyasını mövsümi qripə çevirir. Bu isə bizim ümid etdiyimiz nəticədir”, – deyə Mark van Ranst söyləyib.
Orqanik.az