Çinli virusoloq Zanq Venhonq “Omikron”un immuniteti zəif olan insanlar üçün xüsusi təhlükəsi barədə danışıb.
Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, həkim dünyada sürətlə yayılan omikron ştammının mahiyyətcə “ağır soyuqdəymə” olması fikrini tənqid edib.
O, vurğulayıb ki, koronavirus hələ də təhlükəlidir və yeni ştamm immuniteti zəif olan insanlar üçün xüsusi risk yaradır.
Həkim həməçinin məhdudiyyətlərin aradan qaldırılmasının əleyhinə çıxış edib. Bunun üçün o, yanız peyvəndlə əldə edilə bilən kollektiv immunitetə ehtiyac olduğunu bildirib.
Orqanik.az