“Ürək ritminin pozulması – saatlı bombadır. İnsan sükan arxasında ölə bilər”.
Bu barədə rusiyalı terapevt Andrey Zvonkov sürücülər üçün ölümcül ola biləcək xəstəliklərdən danışarkən xəbərdarlıq edib.
Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, o, ilk olaraq ürək xəstəliyi olanlara maşın sürməməyi tövsiyə edib.
“Əgər insanlarda titrəyən aritmiya və ya ürək aritmiyasının mürəkkəb formaları varsa, o zaman sərnişinlər kateqoriyasına daxil olmaq daha yaxşıdır. Müəssisələrdə adətən hipertoniya xəstəliyi olan, təzyiqi 140-dan yuxarı olan sürücülərin xəttə çıxmasına icazə verilmir. Amma gündəlik həyatda hər kəs öz mülahizəsinə əsasən riskə gedir. Təzyiqi 100/200-ə olan adam bunu anlamaya bilər, bu zaman o, sükan arxasına keçərsə hətta qəfil huşunu da itirə bilər”, – deyə həkim bildirib.
O, bundan başqa vurğulayıb ki, görmə qüsuru olan, eləcə də insult keçirmiş və nevropatoloqdan müvafiq icazə almamış şəxslər üçün avtomobil sürməkdən çəkinmək daha yaxşıdır.
Həkimin sözlərinə görə, qlaukomada rəng qavrayışı kəskin şəkildə dəyişə bilər, katarakta ilə isə görmə sahələri azalır.
Mütəxəssis əlavə edib ki, mərkəzi sinir sisteminə təsir edən dərman qəbul edənlər də avtomobil sürməsələr yaxşıdır.
“Bu dərmanlar reaksiyanı azaldır. Bu siyahıda sedativ dərmanların adını şəkmək olar. Resepsiz satılanlar arasında ən populyarı “Valokordin”dir. Onu içib sükan arxasına keçən özünə qəsd edib. Preparatın tərkibində ürək ritmini azaldan valerian turşusu və çox güclü sakitləşdirici sayılan fenobarbital var. Onu içən yuxuya getməsə belə reaksiyası mütləq yavaşlayacaq”, – deyə Zvonkov izah edib.
Orqanik.az