Şübhəsiz ki, çoxları qlobal istiləşmənin yaratdığı təhlükələr haqqında artıq eşidib, lakin indi elm adamları diqqətlərini bəşəriyyəti təhdid edən başqa bir təhlükəyə yönəldiblər.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, Böyük Britaniyadan olan alimlər Amerika Xəstəliklərin Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən 1988-2018-ci illərdə Vibrio vulnificus bakteriyasına yoluxma halları ilə bağlı açıqlanan məlumatları təhlil ediblər.
Bu mikroorqanizmlər 20 dərəcədən isti olan duzlu sularda yaşayır. İnsanlar çirklənmiş sulardan çiy qabıqlı balıqları yeyərək və ya bakteriyaları açıq yaralara daxil etməklə bu patogenə yoluxa bilərlər.
Tədqiqatın əsası kimi yalnız açıq yaralar vasitəsilə infeksiyaya dair məlumatlardan istifadə edən elm adamları 20 il ərzində bu bakteriyaların populyasiyasının ABŞ-ın Atlantik sahilləri boyunca şimala əhəmiyyətli dərəcədə yayıla bildiyini qeyd etdilər.
Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu bakteriyaların populyasiyası suyun temperaturundan çox asılıdır və hətta bir günlük isti havalardan sonra da aktiv şəkildə çiçək aça bilir və buna görə də yoluxmuş ərazilərin daimi monitorinqi çox vacibdir.
Yeni modelə görə, 2081-2100-cü illərdə ABŞ-ın bütün şərq sahilləri bu bakteriyaların yaşayış yeri olacaq. Hazırda infeksiyadan ölüm nisbəti 18 faizə çatır və ölüm 48 saat ərzində baş verə bilər. Gələcəkdə bu faiz arta bilər.
Orqanik.az