Ölümə səbəb olan vərdişlər

Karbohidrat ve protein tərkibli balıq, kartof, kekslər kimi qidaları sobada 125 dərəcədən artıq istilikdə bişirmək olmaz.

Uludağ Universiteti Ziraat Fakültəsi Qida Mühəndislik bölümünün rəhbəri mütəxəssis Ömər Utku Çopur, dərəcə yüksək olduğu zaman insan sağlığına zərər vura biləcək akrimalid adlandırılan kimyəvi maddənin yarandığını açıqlayıb. Aparılan araşdırmalar nəticəsində bu maddənin hətta şiş əmələ gətirəcəyi təxmin edilir.

Avropa Qida Təhlükəsizliyi bürosunun yaydığı məlumata görə, sözügedən maddə qızardılan çörəkdə daha çox üstünlük təşkil edir.

Amerika Qida və Dərman İdarəsi (FDA) sobada yüksək istilikdə bişirilmiş yeməklərin qəbulunun mümkün qədər azaldılmasını vacib bilərək xəbərdarlıq edib.

“Bu maddənin uzun müddət qəbulu xərçəng xəstəliyinin yaranmasına yol açır. Heyvanlar üzərində aparılan araşdırma zamanı akrimalid adlı maddənin onların sinir sisteminə zərər verdiyi, ağciyər, dəri xərçəngi törətdiyi məlum olub. Ona görə 125 dərəcədən artıq istilikdə bu qidaların bişirilməsi məsləhət deyil”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, təşkilat kartofu kəsərkən qalın dilimləməyi məqsədəuyğun hesab edir. Səbəb kimi akrimalid maddəsinin nazik dilimlərdə daha çox olması göstərilib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.