Öləcəyini neçə il əvvəldən proqnozlaşdırmaq olar?

Bağırsaqlarda zərərli bakteriyaların olması və miqdarı insanın həyat tərzindən asılıdır, bu da öz növbəsində həyatın keyfiyyətinə və müddətinə təsir göstərir.

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, Finlandiyanın Turku Universitetinin alimləri bildiriblər ki, bağırsaq mikroflorasının tərkibini təhlil etməklə bir insanın ölüm riskini on ildən çox öncədən proqnozlaşdırmaq olar.

Tədqiqatçılar öz nəticələrini 2002-ci ildə götürülmüş nəcis nümunələrinin təhlili və analizin aparıldığı şəxslərin 15 illik təqibinə əsaslandırır. Ekspertlər enterobakteriyalar ailəsindəki mikroblar ilə qastroenteroloji və tənəffüs səbəblərindən ölüm riskinin artması arasında aydın bir əlaqə tapa bildiklərini söyləyirlər.

Alimlər ilk dəfə deyil ki, artan enterobakteriyaların bağırsaq xərçəngi və iltihablı bağırsaq xəstəliyi ilə əlaqəsini qeyd edirlər. Ancaq bu əlaqənin səbəbli olub olmadığı hələ müəyyən edilməyib.

Tədqiqatın müəlliflərindən biri bildirib ki, bu tədqiqatda istifadə edilən məlumatlar ilk dəfə olaraq insan bağırsaq mikrobiotasının əhali səviyyəsində uzunmüddətli sağlamlığa təsirlərini öyrənməyə imkan verir.

Ekspertlər qeyd edirlər ki, insan ömrünün uzunluğu ilə bağırsaqdakı bakteriyalar arasında əlaqəni qəti şəkildə qurmaq üçün daha çox araşdırmaya ehtiyac var. Bununla belə, onların vurğuladığı kimi, bu, mikrobiotanın tərkibi ilə həyat müddəti arasında əlaqəyə işarə edən ilk araşdırmadır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.