Öddaşı xəstəliyinin kliniki şəkli

Öddaşı xəstəliyində orqanizmdə fiziki-kimyəvi dəyişikliklər və xəstəliyin kliniki təzahürləri nəzərə çarpmır. Öd kisəsində olan daşlar çox vaxt digər xəstəliklərə qarşı yoxlamalar zamanı aşkarlanır. Bəzən isə öd kisəsində olan kiçik bir daş belə gərginlik yaradır və öz əlamətlərinin göstərir. Buna görə də öddaşı xəstəliyinin simptomları aşağıdakılardan asılı olur:
– daşların sayından
– daşların ölçüsündən
– daşların yerləşməsindən
– iltihabi prosesin aktivliyindən
– öd çıxarışı sistemin funksional vəziyyətindən.
Öd kisəsinin cismi və dibində yerləşən daşlar kisənin boynuna və kisə axacağına düşməyənə və iltihablaşmayana qədər klinik olaraq özülərini biruzə vermir. Daş öd axarına düşdükdə sancı tutmaları verir, iltihablaşdıqda isə xolesistit əlamətləri meydana çıxır.
Öddaşı xəstəliyi öz əlamətlərini yağlı, kəskin, ədviyyatlı, hisə verilmiş qidanın qəbulu, fiziki və emosional gərginlikdən sonra, infeksiya olduqda, əyilmiş vəziyyətdə durduqda biruzə verir. Bu zaman ağrı sağ qabırğaaltında əmələ gəlir, sağ kürək və kürəkaltı nahiyyəyə irradiasiya edir. Bəzən ağrılar atipik əlamətlərlə ortaya çıxır. Belə ki, bəzən xəstələrin bel və ürək nahiyyələrində ağrılar meydana çıxa bilir. Ağrı epiqastral nahiyyədə olduğu zaman meteorizm və dəyişkən nəcis ifrazı ola bilir. Öddaşı xəstəliyinin sancısı bəzən temperaturla müşahidə edilir. Bu adətən iltihab və intoksikasiya olduqda baş verir.
Öddaşı xəstəliyi zamanı obyektiv müayinədə qarının köpməsi, qarının ön divarının gərginləşməsi, öd kisəsi nahiyyəsinin ağrılı olması müşahidə edilir.
Diaqnozun qoyulmasında rentgenoqrafiyanın, USM-in nəticələri əsas götürülür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.