Öd sekresiyasının pozulması

Ödün tərkibinə daxil olan komponentlərin fizioloji əhəmiyyəti eyni deyil. Öd turşuları yağların və lipid təbiətli maddələrin mənimsənilməsinə yardım göstərir. Öd piqmentləri bağırsaqlarda müəyyən çevrilmələrə uğradıqdan sonra orqanizmdən xaric edilir. Ödün tərkibində elə maddələr vardır ki, onlar bağırsağın selikli qişasında metobolizm proseslərini tənzim edir və yenidən qana keçib ümumi mübadilədə iştirak edir. Bu maddələr əsasən vitaminlərin, qalxanabənzər vəz hormonlarının, fosfolipidlərin və s.mübadiləsində iştirak edir.
Ödün tərkibində öd turşularının 80%-i qlikokolla, 20%-i isə taurinlə birləşmiş şəkildə olur. Qaraciyər funksiyasının pozulması ilə müşayət olunan xəstəliklər və aclıq, orqanizmdə metionin və sistein aminturşuların azalması zamanı öd turşularından qoşa birləşmələri əmələ gəlir. Belə hallarda ödün tərkibində sərbəst öd turşuları və onların duzlarının miqdarı artır.
Öd sekresiyasının pozulması zamanı qanda hemoqlabinin parçalanması nəticəsində bilirubin əmələ gəlir. Sərbəst bilirubin suda həll olmayan maddədir. Sərbəst bilirubinə vasitəli bilirubin də deyilir. Sərbəst bilirubin qaraciyərdə qlükoron turşusu ilə birləşir. Bu reaksiya qlüküroniltrasferaza fermentinin iştirakı ilə gedir. Birləşmiş bilirubin suda yaxşı həll olur və diazoreaktivlə birbaşa reaksiyaya girir. Buna görə tibbi ədəbiyyatda onu” duz bilirubini ” asdlandırırlar.
Qan serumunda bilirubinin ümumi qatılığı 3,4-22,2mkmo/l olur. Bilirubin qaraciyərdə qlükoron turşusu ilə birləşdikdən sonra ödün tərkibində onikibarmaq bağırsağa ifraz edilir.
Öd kisəsi və öd axarlarının müxtəlif xəstəlikləri zamanı (öd yollarının iltihabı, öd yolları axarlarının hərəki fəaliyyətinin pozulması, axarların daşla tutulması) öd sekresiyasının pozulması baş verir. Bu zaman öd axa bilmədiyi üçün qana keçir. Ödün qana keçməsini bildirən əsas əlamət dəridə və gözün sklerasında sarılıq əıamətinin olmasıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.