Son zamanlar uşaq, gənc və yaşlı insanlara USM müayinədə tez-tez öd kisənin əyilməsi diaqnozu qoyulur.
Çoxu buna adi hal, ya anadangəlmə patologiya kimi yanaşsa da əslində öd kisəsi sonradan da əyilə bilər. Nadir hallarda olsa da öd kisəsinin əyilməsi çox ağır fəsadlara səbəb ola bilir – öd kisəsinin yırtılmasına, peritonitə və s. Bu səbəbdən bu patologiyanı vaxtında aşkar etmək və müalicəyə başlamaq çox vacibdir.
Öd kisəsi əyilməsinin səbəblərini təqdim edirik:
1. Xolesistit kəskin və xroniki forma aldıqda öd kisəsinin divarlarında distrofik dəyişiklik yaradır
2. Kisədə daşlar – orqanın deformasiyasına səbəb olur
3. Öd durğunluğu
4. Ağır fiziki iş, yük qaldırmaq, peşəkar idmanla məşğul olmaq
5. Öd kisəsi və yollarında bitişmələr
6. Orqanda iltihabi proseslər
7. Qeyri-sağlam qidalanma, yağlı qidaların həddindən artıq miqdarda istehlakı
8. Anadangəlmə, genetik
Yalnız anadangəlmə əyrilik patologiya hesab olunmur və öd kisəsinin funksiyasına heç bir təsir etmir. Adətən anadangəlmə əyrilik özünü heç bir simptomla büruzə vermir.
Xəstəliyin əlamətləri:
– Sağ qabırğaaltı nahiyəsində ağrılar
– İştahın azalması
– Ürəkbulanması, qusma (əsasən çox yağlı qidalardan sonra)
– Həzmin pozulması
– Ağızda acı dad
– Yeməkdən sonra mədədə ağırlıq.
Əgər öd kisəsi əyilməsi xroniki iltihab nəticəsində yaranıbsa, insanın ümumi halına da mənfi təsir göstərir. Pasiyentlər adətən dəridə bozumtul rəng, ağızda acılıq, tərləmədən şikayətlənirlər.
Bu simptomlar sizdə varsa, mütləq həkimə müraciət edin.
Bəzən öd kisəsi əyilməsi özlüyündə keçib gedir, bəzən isə öd kisəsi boynunun iltihabı ilə nəticələnir.
Müalicəsi:
Diaqnoz USM, KT və bəzi analizlərlə qoyulur. Öd kisəsində mövcud xəstəliklər dərman terapiyası ilə müaicə təyin edilir, bəzi hallarda isə fizioterapiya və ya idman hərəkətləri ilə öd kisəsi deformasiyası aradan qaldırılır. Əgər öd kisəsi tamamən funksiyasını itiribsə, bir hissəsi iltihablaşıb və öd şirəsi mədəyə axırsa, o zaman əməliyyatla öd kisəsi çıxarıla bilər.
Orqanik.az