Palıdın təzə qabığı və qozası qədim zamanlardan dərman vasitəsi kimi istifadə edilib. Palıd qabığında çoxlu aşılayıcı maddələr olduğuna görə bəzi xəstəliklərin müalicəsində əvəzolunmaz faydalı təsirə malikdir. Qaynadılmış palıd qabığının suyu stomatitdə, anginada, boğaz və udlağın iltihabı zamanı güclü antioksidant təsirə malikdir.
Palıd qabığının həlimi aşağıdakı xəstəliklərin müalicəsidə istifadə edilir:
*mədə xorası
*mədə qanaxması
*qanaxmalarda
*sidikdə qan göründüyüy zaman
*güclü aybaşı qanaxmalarında.
Palıd həlimini hazırlamaq üçün 1 litr suya 40 qram palıd qabığı qoyulub qaynadılır.
Ayaqlar tərlədiyi zaman palıd qabığı həlimi ilə vanna edilir. Bu zaman 1 litr qaynar suya 2 xörək qaşığı palıd qabığı salınıb qaynadılır. Palıd qabığı və qara çinar tumurcuqlarından hazırlanmış məlhəmlə yataq yaralarını sağaltmaq olur.
Uşaqlar dizenteriya olduqları zaman 3 hissə palıd qabığı həliminə 1 hissə nişasta qatılıb imalə edilir.
Qanaxmalar zamanı 1 xörək qaşığı palıd həlimi 200 qram suya qatılıb gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
1 su və 2 xörək qaşığı palıd qabığından qatı həlim hazırlanır, 1 hissə həlim, 4 hissə kərə yağından hazırlanmış məlhəmlə yanıq yaralarından xilas olmaq olur.
2 hissə doğranmış palıd qabıqları və 1 hissə qara çinar tumurcuqları, 7 hissə kərə yağından hazırlanmış məlhəmlə yataq yaralarından xilas olmaq olur. Məlhəmi vam odda qaynatmaq və isti-isti sürtmək lazımdır.
Orqanik.az