Noxudun tarixi 7000 il əvvəllərə gedib çıxır. Noxud Asiya qitəsindən bütüb dünyaya yayılaraq həm qida, həm də çərəz vasitəsi kimi istifadə edilir.
Noxud tərkibində olan vitamin və minerallara görə orqanizmə çox faydalıdır. Onun tərkibində A, C, E vitaminləri, kalsium, dəmir, kalium və yüksək miqdarda natrium var. Tərkibində olan liflərə görə noxud bağırsaqlar üçün faydalı sayılır. Noxudun orqanizmin sağlamlığında rolu böyükdür. O sinir sisteminin fəliyyətini yaxşılaşdırır, yuxunu normallaşdırır. Təzə noxudun suyu dəri və saçlar üçün çox faydalıdır. Noxud hüceyrələri qidalandırmaq və dəridəki yara izlərini sağaltmaq qabiliyyətinə malikdir. O saç köklərini möhkəmləndirir, saçların tökülməsinin qarşısını alır.
Artıq kilodan xilas olmaq istəyənlər noxud dieti saxlayaraq piylərdən xilas ola bilirlər. Belə ki, gün ərzində yalnız noxud yeməklə diet saxlayıb arıqlamaq mümkündür. Noxud orqanizmin vitamin və mineral balansını saxlamaqla aclıq hissini aradan qaldırır və artıq çəkidən azad olmağa yardım edir.
Gün ərzində 2-3 stəkan bişmiş noxud yemək orqanizm üçün lazımsız sayılan xolesterolun azalmasına səbəb olur.
Mütəxəssisilər noxudun ürək əzələsini qüvvətləndirmək qabiliyyətinə malik olduğunu söyləyirlər. Noxudun tərkibində olan liflərin ürəyə faydası olduğu elm adamları tərəfindən öz sübutunu tapmışdır. Tərkibində olan omeqa-3 yağları ürək xəstəliklərinin qarşısını almaqda yardımçı olur.
Noxudun tərkibində olan aminturşular, triptofan və serotonin yuxusuzluğun aradan qalxmasına yardım edir. Bunun üçün düzənli olaraq hər gün 1 stəkan bişmiş noxud yemək məsləhət görülür.
Hər gün noxud yemək stressi aradan qaldırır və yaddaşı möhkəmləndirir.
İmmun sistemin möhkəmlənməsində noxudun tərkibində olan dəmir və vitamin C-in rolu böyükdür.
Hər gün noxud yemək klimakteriya əlamətlərini aradan qaldırır. Orqanizmə enerji verdiyin görə mütəxəssislər zəifləmiş adamlar və hamilə qadınlar üçün hər gün noxud yeməyi məsləhət bilirlər.
Noxudun tərkibində fol turşusu olduğuna görə ana südünün artmasına səbəb olur.
Tərkibində olan fosfor qan hüceyrələrinin sağlamlığının qorunmasına səbəb olur.
Düzənli olaraq noxud yeyən adamlarda böyrək daşlarının tökülməsi müşahidə edilir.
Orqanik.az