Normal dərini səhər sərin su ilə yumaq məsləhət görülür. Bu dərini xarici qıcıqlara alışdırır. Normal dərini təmizləmək üçün onu həftədə 2-3 dəfə sabunla yumaq kifayətdir. Tərkibində duz çox olan sularda sabunun pis köpükləndiyi üçün uz yumaqda istifadə olunan suya boraks qatılması məsləhətlidir. Boraks suyu yumşaldır və yumşaq su üzün dərisini korlamır. Qaynadılmış su üz dərisini yumaq üçün ən yaxşı vasitədir. Əgər suyu yumşaltmağa imkan yoxdursa, onda yaş üzə yumşaldıcı krem çəkmək lazımdır.
Yatmamışdan əvvəl üzə qulluq etmək lazimdır. Belə hallarda losyonlardan, ya da duru kremlərdən istifadə etmək olar. Üz üçün krem və ya losyon seçimində kosmetoloq – həkimlə məsləhətləşsəniz daha yaxşı olar. Çünki düzgün seçilməmiş kosmetik vasitələr üz dərisinin vaxtından əvvəl qırışmasına səbəb olur.
Orqanik.az