SARS-CoV-2 ilə yaranmış vəziyyət növbəti dəfə elmi və tibbi cəmiyyətin ağrılı nöqtəsini- ekspert biliklərini sıyırdı. O peşəkarlar ki, gözlənilən kimi əhaliyə elmi yanaşmanı təlqin etməlidir, gerçəkdə şayiələr yayır və qorxuları artırır. Bu mənada günaha batan təkcə sıravi mütəxəssislər deyil, hətta Nobel mükafatı laureatlarıdır. “Həkimim məni peyvənd etmək fikrindən daşındırdı. Dedi ki, nə badə! O həkimdir, bilir nə deyir!” Bu ritorikanı eşidib tərəddüd edirsiz, deyilmi? Ya da anlamırsız ki, müasir elmi biliklərin zilddinə gedən bu cür marginallar haradan çıxır? Bəlkə, onlar sadəcə başqalarından insaflıdır, axı diplomlu və təhsilli insanlar necə yanıla bilər? Alimlər də insandır və insanlığa xas heç bir cəhət onlara yad deyil. Hətta ən savadlı və ağıllılar da yanıla bilər. Bəziləri xurafata tam səmimiliyi ilə inanır. Belələri, hətta Nobel laureatları arasında da var!
SARS-CoV-2 virusunda su yaddaşı və İİV
Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, Fransalı Nobel laureatı Lük Montanye bəyan edir ki, onun fikrincə, SARS-CoV-2 virusu laboratoriyada yaradılıb. Hətta hesab edir ki, koronavirus genomuna İİV genomu hissələri yeridilib. Bu fikir artıq təkzib olunub. Montanye başqa antielmi maraqları ilə məşhurdur, belə ki, buraya qədər o başqa bir fransalı alim Jak
Bennevistin “su yaddaşı” ideyasını irəli çəkirdi.
Bennevist əvvəldən trombositlərin aktivasiya faktorunu PAF ilk kəşf edən alim kimi məşhurlaşıb. Lakin 1988-ci ildə o, homeopatiyanın əsas prinsipi kimi suyun başqa molekullar barəsində müəyyən “yaddaş” daşıyıcısı olduğunu “sübut” etməklə qalmaqallı şöhrət qazanmışdır. Alimin nüfuzu o hadisədən sonra həmişəlik korlandı. Montanyenin bu mövzuda nəşr etdirdiyi ən məşhur məqaləsini “Electromagnetic signals are produced by aqueous nanostructures derived from bacterial DNA sequences” mətbuat “DNK teleportasiyası” adlandırdı. Guya bəzi bakteriyaların genom materialı elektromaqnit dalğalar buraxır və suyun molekullarında “iz” buraxır. Onu da deyək ki, Montanye geniş dairələrdə antipeyvəndçi kimi tanınır.
İqlim dəyişməsi, parlayan yenot və yenə də İİV
Başqa bir Nobel laureatı Keri Müllis 1993-cü ildə polimeraz zəncirvari reaksiyanın ixtirasına görə, kimya üzrə mükafata layiq görülmüşdür. Bununla belə, o hesab edir ki, İİV virusu özü-özlüyündə təhlükəsizdir, QİÇS isə rekreasion narkotik istifadəsi və İİV qarşı aparılan terapiyanın nəticəsi olaraq inkişaf edir. Bu kimi İİV-dissidentlərin fəaliyyəti bəziləri tərəfindən tam mənası ilə qəbul olundu, belə ki, CAR prezidentinin sərəncamına görə, 2000-2005 illərdə Cənubi Afrikada antiretrovirus terapiyadan imtina olunması 330 000 adamın ölümü ilə nəticələndi.
Müllis, eləcə də bəşəriyyətin iqlimə təsirini və ozon dəlikləri ilə xlorftorkarbohidratlar əlaqəni tənqid atəşinə tuturdu. Hətta özünün Dancing Naked in the Mind Field adlı tərcümeyi-halında işıq saçan yenot qismində peyda olmuş yadplanetlilər ilə özünün görüşü ehtimalından, astrologiya və LSD preparatlarına həvəsindən bəhs edirdi.
Yeri gəlmişkən, başqa bir Nobel laureatı Rendi Şekman davranışına görə, Müllisi molekulyar biologiyanın Donald Trampı hesab edirdi. Bu müqayisə çox uzaqgörən oldu, belə ki, pandemiya dövründə ABŞ-ın 45-ci prezidenti nümayişkarcasına şəxsi qoruyucu vasitələrinə məhəl qoymurdu, SARS-CoV-2 virusunu qriplə müqayisə edirdi, antikovid tədbirlərini ləngidirdi və effektivliyi yoxlanılmayan preparatları COVID-19 qarşı qəbul etməyi məsləhət edirdi, misal üçün, hidroksixloroxin və azitromisin kombinasiyasını.
Portağalları çəlləklə yükləyİn
Bəlkə də, dünyaya ən çox yayılmış yanılma, hətta iki dəfə Nobel laureatı olan Laynus Polinq ilə bağlıdır: kimya üzrə və sülh mükafatı. Alimin ən böyük müvəffəqiyyəti ikincili zülal strukturunun ən geniş yayılmış elementlərini kəşf etməsidir.
Ola bilərmi, bu cür alim də səhv edə?
Bu gün ən çətin təkzib olunan psevdoelmi nəzəriyyələrindən biri respirator infeksiyaların profilaktikası və müalicəsində askorbin turşusunun faydası haqqındadır. COVID-19 epidemiyasının əvvəlində bu fikir yenidən gücləndi. Bir tərəfdən, sübut olunub ki, orqanizmin normal fəaliyyəti üçün rasionda C vitaminin olması vacibdir: immun sisteminə doğrudan da müsbət təsir göstərir, neyrofizioloji proseslərdə iştirak edir, infeksiyalara qarşı həssaslığı azaldır. Lakin yaxşı qidalanan adamlada yüksək dozalı C vitaminli əlavələrin immuniteti artırmasına dair məlumatlar yoxdur və səhiyyə orqanları nəzarətsiz C vitamini qəbulunu tövsiyə etmir. Əlavə askorbin turşusu dozaları yalnız dar qruplar arasında müsbət effekt verə bilər – idmançılar, hərbçilər və ya sağlamlıq durumuna görə yoluxma riski yüksək olan pasiyentlər.
ABŞ və Kanadada askorbin turşusunun tövsiyə olunan sutkalıq dozası kişilər üçün 90 mq/gündə və qadınlar üçün 75 mq/gündə təşkil edir. Polinq isə bu dozanı 20-30 dəfə aşan dozalardan bəhs edirdi, özü də C vitaminini qramlarla qəbul edirdi.
Kimə inanaq?
Əgər elm yolunda böyük işlər görmüş insanlar elmi nəzəriyyəni psevdoelmdən ayıra bilmirlərsə, biz səhvlərdən necə qorunaq? Çox güman ki, universal cavab “bir ağıl yaxşıdır, ikisi – daha yaxşıdır” prinsipinə tərəfdar olmaqdır. Necə deyərlər, müasir elm komanda idman növlərinin ən komandalısıdır, odur ki, alim ya həkim bütün başqa həmkarlarının ziddinə gedirsə, yəqin ki, o da haqsızdır. Müasir elmi ictimaiyyət özünüresenziyaedən orqandır, öskürək şərbətində heroinə, talidomid faciəsinə və ya insanlar üzərində aparılan nasist təcrübələrinə bənzər faciələrin təkrarlanması ona lazım deyil. Odur ki, məhz elmi çoxluğun fikrinə riayət etmək ağlabatandır (axı, bu çoxluq təcrübələr və nəşrlər massivinə əsaslanır), hər bir ekspert fikri də bu günün elmi standartlarına müvafiq olmalıdır.
Orqanik.az