Nitq pozğunluqları

Nitq pozğunluqları müxtəlif səbəblərdən baş verir və onların hər birinin müalicə yolları müxtəlifdir. Orta və yaşlı insanlarda nitq pozğunluqları sonradan meydana çıxan beyin zədələnmələrindən baş verir. Bu zaman o özünü kəkələmə və fikri izah etməkdə çətinlik çəkmə kimi əlamətlərlə göstərir.
Nitq pozğunluqları ana bətnində və ya erkən uşaqlıq dövründə mənfi amillərin uşağın beyninə təsiri ilə əlaqədar meydana çıxır. Bu mənfi təsirlərə, hamiləlik vaxtı keçirilmiş infeksiya xəstəlikləri, oksigen çatışmazlığı, sinir sisteminin zədələnmələri, doğuş travmaları, doğuşdan sonra beyinə təsir edən patoloji amillər aiddir. Nitq pozğunluqları dizarteriya, afaziya, alaliya növlərə ayrılır.
Uşaqlarda nitq pozğunluqları isə gec danışma, hərfləri və hecaları ifadə edə bilməmək, kəkələnmə, sürətli və düzgün danışmama, autizmlə əlaqədar olan danışıq pozğunluğu, səs pozulmaları şəklinddə özünü göstərir.
Nitq pozğunluğu özünü ən çox kəkələmək şəklində göstərir. Adətən bu 2-5 yaş arasında olan uşaqlarda meydana çıxır. Adətən həkimlər bu zaman kəkələməyin aradan qalxması üçün xəstəyə 6 ay müddətində dərman müalicəsi təyin etmir. Bu zaman ailəyə uşağın davranışlarına diqqət yetirmək tövsiyə edilir və uşağın davranışları nəzarət altına alınır. Beyin səbəbli ağır patologiyalar aşkar edilmədikdə kəkələmə 6 ay müddətində aradan qalxır. Əks halda həmin xəstəyə müalicə təyin edilir. Kəkələməyin müalicəsi xəstənin yaşından və meydana çıxan xəstəliklərin ağırlıq dərəcəsindən asılı olaraq fərqli olur.
Ən çox rast gəlinən nitq pozğunluqlarından biri səsləri və hərfləri düzgün tələffüz etməməkdir. Bu zaman müalicə səslərin düzgün surətdə tələffüz edilməsinə yönəldilir. Bu müalicə loqopedlər tərəfindən aparılır. Müalicə uzun müddət, zaman tələb edə bilər və bir çox hallarda dərman müalicəsi ilə birlikdə aparılır. Laqoped uşağa hərfləri düzgün tələffüz etməyi, sözü düzgün oxumaq qaydasını öyrədir. Uzun sürən müalicədən sonra uşaq asanlıqla kitab oxuya və oxuduqlarını tələffüz edə bilir.
Rast gəlinən nitq pozğunluqları arasında gec danışma üçüncü yerdə durur. Bu əksər hallarda uşağın sözü gec anlaması ilə əlaqədar olur. Bu bir çox ağır beyin xəstəlikləri və ya eşitmə problemləri ilə əlaqədar olur. Gec danışan uşaqlar müalicə olunarkən onların valiyeyinləri də yanlarında olmalıdır. Dilin inkişaf etməsi üçün təşkil edilən oyunlar, yanında kitab oxuma uşağın nitq inkişafının irəliləməsinə və arzu edilən nəticənin əldə olunmasına yardım edir.
Sürətli və düzgün danışmama xəstənin normadan daha sürətlə danışması şəklində özünü biruzə verir. Bu zaman xəstə işlətdiyi sözlərin qarşısına heca və ya hərf artırmaqla, eyni sözü təkrarlamaqla və ya səsi uzadaraq söyləyir.
Səs pozuqluğu özünü bağıraraq və ya səsi qısaraq danışma şəklində göstərir. Səs pozğunluqları əksər hallarda anadangəlmə olur. Mütəxəssislər onun beyinlə əlaqəli olduğunu söyləsələr də bu qüsur əksər hallarda müalicəyə tabe olmur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.