Əgər sizin dodaqlarınız nazikdirsə, bəzi makiyaj sirlərindən istifadə etməklə dodaqlarınızın qalın və dolgun göstərə bilərsiniz. Çünki dodaqları qalın göstərməyin yolu çox sadədir:
* Əgər incə dodaqlara sahib xanımsınızsa, tünd rəngli pomadalardan mütləq uzaq durmalısınız.
* Qırmızı və qırmızı tonlarda pomadalardan istifadə etmək istəyirsinizsə, mütləq həmin rəngdə dodaq qələmi ilə dodaqlarınızin ətrafına çərçivə çəkin, sonra pomadanı sürtün.
* Dodaqlarınızın nazik olmasının nəzərə çarpmağını istəmirsinizsə, mat rəngli pomadalardan uzaq durmalısınız.
* Sadəcə üst dodağın incəliyindən şikayət edirsinizsə, yalnız üst dodağınıza qələm çəkin.
* Açıq rəngli pomada və parıldadıcılardan istifadə etməklə dodağınızın nazikliyini gizlədə bilərsiniz.
*Açıq rəngli pomadadan istifadə etdiyiniz zaman dodaqlarınızın yalnız mərkz hissəsinə parladıcı vurmaqla dodaqlarınızı olduğundan iri göstərə bilərsiniz.
Orqanik.az