Günə altı saatdan az yatan insanlarda, yeddi-səkkiz saat yatan insanlarla müqayisədə ürək-damar xəstəliklərinin inkişafı riski daha yüksək olur.
Belə bir nəticəyə ABŞ və İspaniyadan olan birgə tədqiqat qrupu gəlib.
Elmi araşdırma haqqında press-reliz “EurekAlert!” portalında dərc olunub.
Tədqiqatda ümumilikdə 3 min 974 ispan iştirak edib. Eksperiment ərzində könüllülərin üzərində yuxu və gümrahlıq vəziyyətlərini və onların müddətini ölçə bilən aktiqraf adlı cihaz olub. Könüllülər gecə istirahətinə nə qədər vaxt ayırmalarından asılı olaraq dörd qrupa bölünüb.
Eksperiment iştirakçıları bundan başqa exokardioqrafiya və kompüter tomoqrafiyasından keçiblər.
Məlum olub ki, altı saatdan az yatan insanlarda aterosklerozun inkişafı ehtimalı 27 faiz yüksək olub (7-8 saat yatanlarla müqayisədə). Bundan başqa narahat yuxu və gecə vaxtı tez-tez oyanmalar ürək-damar sistemi orqanlarının xəstəliyi riskini 34 faiz artırıb.
Ancaq normadan artıq yatmağın da ziyanı üzə çıxıb. 10-12 saat yatan insanlarda da ateskeleroz riski mövcud olur.
Orqanik.az