Miçiqan universitetinin alimləri insanlarda asılılıq yarada biləcək qidaları açıqlayıb.
Orqanik.az Orqanik.az-a istinadla xəbər verir ki, yüksək emaldan keçən peçenye, dondurma, kartof fri, çips, müxtəlif hazır qidalar tütün kimi asılılıq yaradır.
Alimlər ABŞ-ın baş cərrahının 1988-ci ildəki hesabatında tütündən asılılığın kriteriyalarını əsas götürüblər.
Məlum olub ki, bu qidalar da həmin kriteriyalarla eynidir.
Belə ki, bu qidalar kompulsiv istehlak edilir, yəni insan necə siqareti tərgidə bilmirsə, yenidən qayıdırsa, belə qidalara xüsusən uşaqlıqdan öyrəşmiş insan onları yeməkdən əl çəkə bilmir.
Hətta həkim diabet və infarkt təhlükəsi var desə də, sağlamlıqları naminə də bu qidalardan imtina edə bilmirlər.
İkincisi bu qidalar da içki və tütün kimi beyinə təsir edərək əhvalı dəyişə bilir. Onu yeyəndə əhval yaxşılaşır, yeməyəndə pis olur.
Üçüncüsü, bu qidalar güclü möhkəmlənən vərdişə, stimula çevrilir. Belə ki, beyin istədiyi an və ya həmin ərzağı gördükdə, qoxusu gəldikdə insanı onu yeməyə itələyir, vadar edir.
Müasir emal edilmiş qidalar siqaret qədər ölümcül təsir edir.
Alimlər sadalanan qidalara siqaret, içki kimi yanaşıb, təhlükəli yanaşmağı tövsiyə edir.
Orqanik.az