Naringi haqda bilmədiklərimiz…

Bugün sizə cəmiyyətimizdə adətən Yeni il ilə assosiasiya olan çox dadlı və xoş ətirli xeyirli meyvə haqda danışacayıq.

İlk olaraq bu meyvənin növləri haqda  1178- ci ildə Çin əlyazmalarında rast gəlinir. Avropada isə bu meyvə xeyli  gec, XVIII əsrin ortalarına təsadüf edir. Bu qədər dadlı olan bu məhsulun həmçinin çox xeyirli xüsusiyyətləri vardır.

Naringi və C vitamini.

Digər sitrus meyvələri kimi naringi də C vitamini ilə çox zəngindir. C vitamini də bildiyimizə görə sinir sisteminə müsbət təsir göstərir, dəmirin yaxşı mənimsənilməsinə imkan yaradır, soyuqdəymə xəstəlikləri zamanı mübarizə aparmasında  kömək edərək, insan orqanizminə çox yaxşı təsir götərir. Bundan əlavə o, antioksidantlarla çox zəngin olub,orqanizmin qocalma prosesini gecikdirir.

Siqaret çəkənlər üçün naringi.

Tərkibində C vitamininin miqdarının çox olması, onu xüsusilə siqaret çəkən insanlar üçün çox xeyirli sayılır. Belə ki, C vitamini toksik maddələrin təsirini azaldır və həmçinin orqanizmin oksigen aclığına olan müqavimətini artırır.

Uşaqlar üçün çox xeyirlidir.

C vitaminindən əlavə, naringi həmçinin D və K vitaminləri ilə zəngindir. Tərkibində olan D vitamininin çoxluğu onu uşaqlar üçün daha da xeyirlui edir, belə ki  onları raxit xəstəliyindən qoruyur.

Naringi damarların elastikliyinə müsbət təsir göstərir.

Məhz tərkibində olan K vitamini bu funksiyada köməkçi olur.

Naringinin tərkibində A və B vitamini.

Naringi B qrup vitaminləri ilə zəngin olaraq, xüsusilə B1, B2 və A provitamini vurğulanılır. Bildiyimizə görə isə B qrup vitamini – həzm sisteminə müsbət təsir göstərir, ürək və sinir sisteminin işini normallaşdırır və həmçinin insanın əqli bacarığını artırır.

Tərkinidə olan B2 vitamini görmə qabiliyyətini yaxşılaşdırır, dırnaq, dəri və saçları qoruyur. Bu səbəbdən sağlam və gözəl olmaq istəyirsinizsə gündə 2-3 ədəd naringi yeyin.

Vitaminlərdən əlavə bu meyvə kalsiy, maqniy və kaliy kimi xeyirli maddələrlə zənginidir.

Lakin unutmaq lazım deyil ki, bu meyvə digər sitrus meyvələri kimi güclü allergen sayılır.  Bu səbəbdən allergiyası olan insanlar ehtiyyatlı olmalıdırlar.

Meyvənin qabığı da həmçinin çox xeyirli sayılıb, xalq təbabətində aktiv istifadə olunur. Belə ki, onun tərkibi efir yağları, orqanik turşular, A və C vitaminləri ilə zəngin sayılır. Naringinin qabığı – diareya, bronxit zamanı , sinir sisteminə olan müsbət təsiri, stress və depressiya zamanı göztərdiyi köməyə görə xalq təbabətində tez-tez istifadə olunur.

Bəs hansı hallarda naringi sizə ziyanlı təsir edə bilər?

Naringi – mədə və onikibarmaq bağırsaq yarası, yüksək turşulu qastrit zamanı, bağırsağın iltihab xəstəlikləri, həmçinin hepatit və nefrit zamanı  qadağan edilir.

Bu meyvəni yeməklə siz, həm  gözəl dad və ətiri ilə həzz alacaqsınız, həmçinin orqanizminizin möhkəmləndirilməsi və tonusda saxlanılmasına səbəb olacaqsınız.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.