Soyuq aylar gəldikdə insanların çəkisində artım baş verir. Bu fəsildə artıq təzə tərəvəz, meyvə, soyuq yeməklər yeyilmir, insan çox hərəkət etmir.
Həkimlər qışda bədənin piylənməsinin bir neçə səbəbini açıqlayıb.
Qışda insan intuitiv olaraq, orqanizmin də tələbi ilə daha kalorili və yağlı qidalar seçir. Bizə daha çox ət, yağ, un və şirniyyat lazım olur.
Bunun birinci səbəbi orqanizmin daxili istiliyi təmin etməsidir. Onun enerjiyə tələbatı artır. Bu enerjini isə soyuq qidalar, tərəvəzlər verə bilməz.
Orqanizmin qış yuxusuna getməməsi, insanı soyuqda, qarda, yağışda isti evdə yatmayıb, gündəlik işlərinə davam etməsi üçün daha çox enerji ilə təmin etməli, prosesi nəzarətə almalıdır.
Əks təqdirdə insan yatıb, kaloriləri yığıb, daha da kökələ bilər.
İkinci səbəb gün işığının azalmasıdır, burdan da beyin əziyyət çəkir, əhval düşür. İnsan özünə kənardan sevinc axtarır, bunu da şirniyyatda tapır.
Həkimlər deyir ki, özünü sevindirmək mütləqdir, amma bunu şirniyyatla yox, başqa vasitələrlə edin.
Qışda kökəlməmək, oturaq vəziyyətdə çox qalmamaq üçün orqanizmin tələbatını isti, yağlı qidalarla ödəsəz də, bunu tərəvəz, meyvə, maye ilə elə balanslaşdırın ki, pəhrizə uyğun olsun.
Ən başlıcası hər gün 150 kaloridən artıq desert yeməyin. Əgər qışdan bir neçə artıq kiloqramla çıxmısızsa, bu normal haldır və narahat olmağa dəyməz. Yaya doğru çəkini ata biləcəksiz”.
Orqanik.az