“Təəssüflər olsun ki, yenə hamı panikadadır. Əziz dostlar! Dəfələrlə müxtəlif müsahibələrdə demişəm, yenə deyirəm! Yoluxma sayı önəmli deyil! Rəqəmlər sizi qorxutmasın. Önəmli olan yoluxma sayı deyil, ağırlaşma sayıdır!”
Orqanik.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev sosial şəbəkə hesabında yazıb.
O, növbəti dəfə əhalini koronavirusdan qorxmamağa səsləyib:
“Mən aktiv həkim işləyirəm, hər gün boğazı qıcıqlanan, öskürən, qızdırması olan xəstələr müayinə edirəm və real olaraq görürəm ki, son mutasiyalarda ağırlaşma sayı azdır. Demirəm arxayın düşün, demirəm qorunmayın, əlbəttə bunları edin, amma qorxmayın!
Koronavirus getdikcə zəifləyir, ən qısa zamanda pandemiya bitəcək. Əmin olun! Qorxmayın! Hamı deyir ki, vayy, bu gün 7000 yoluxma olub! Ay qardaş, nə olsun? Hər il dünyada 1 milyard insan qrip virusuna yoluxur, bəyəm qripə görə karantin edilir? Absurddur!
Ağırlaşanlar müvafiq müalicə almalıdır. Yüngül xəstələr tezliklə sağalacaq. Qorxmayın! O2 Saturasiyası 95-dən çoxdursa, heç qorxmayın! Sağlam olun”.
Orqanik.az