Hər evin mətbəxinin özünəməxsus qaydaları olmalıdır. Əks təqdirdə yayılan xəstəliklərin qarşısını almaq mümkün olmayacaq.
İmmunitet.az xəbər verir ki, bu barədə Türkiyədə dərc edilən Sabah qəzetinin yazarı həkim Halit Yerəbakan məlumat verib. O, mətbəxin necə təmizlənməli olduğundan bəhs edib. Onun sözlərinə görə, mətbəxdə olan su, nəm, istilik bakteriyalar üçün münbit zəmindir:
“Dəzgahı daim təmizləmək ortamın təmiz olması mənasına gəlmir. Mətbəx, hamam çirkli bakteriyaların yayılması üçün əsas yerdir. Mikro orqanizmlər gözlə görünmürlər. Hər bir qida maddəsi bir-birindən fərqlidir. Bunun üçün də fərqli formalarda dezinfeksiya edilməlidir. Göyərti, meyvə, tərəvəz, yumurta, süd məhsulları xaricdən mikroblaarı üzərlərinə toplayaraq artmasına səbəb olur”.
Mütəxəssis həmçinin mətbəxdə yaranan, ən vacib bilinən xəstəliyin qida zəhələnməsi olduğunu vurğulayıb.
“Ən əsas səbəbi isə vaxtı keçmiş qidaları mətbəx və soyuducuda günlərlə saxlamaqdır. Və ya neçə gün öncə hazırlanmış yeməkləri yeməkdir. Qusmaq, bulantı, təzyiqin düşməsi ən mühüm əlamətləridir.
Əksəriyyətin əziyyət çəkdiyi yüksək qızdırma, ishal kimi hallar da toyuq və yumurtadan yoluxur. Sətəlcəmə qədər bir çox saymadığım xəstəliklər baş verə bilər”.
Yazar həmçinin yaxşı yuyulmamış meyvə və tərəvəzlərdən də xəstəliklərin yoluxa biləcəyini söyləyib.
Yerəbakan, insanlara vacib tövsiyələr verərək onları diqqətli olmağa çağırıb:
“Xüsusilə yaz-yay aylarında əşyaları yığdığınız rəflərdə boşluq buraxın ki hava axını rahat tənzimlənsin. Bişən yeməklər saxlandığı zaman ağzı örtülməlidir. Bi-iki gün ərzində isə yeyilməlidir”.
Orqanik.az