Məşhur onkoloq xərçəngin əmələgəlmə səbəblərini açıqladı

Son illərdə onkoloji xəstəliklərin təsadüf olunma göstəriciləri artıb. Ən çox yayılanı kişilər arasında ağciyər, prostat vəzi, qadınlar arasında süd vəzi xərçəngidir.

Bəzi şiş növləri arasında isə azalma və stabillik görünür. Məsələn, əvvəllər ən çox mədə xərçəngi ilə qarşılaşırdıq, amma son illər bu stabilləşib.

Oxu.az bildirir ki, bunu məşhur onkoloq, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Baxmayaraq ki, mən özüm onkoloqam, bu sahənin mütəxəssisiyəm – deyə bilərəm ki, onkoloji xəstəliklərin əmələ gəlmə səbəbini dəqiq bilmirik”, – deyən komitə sədrinin sözlərinə görə, bütövlükdə dünyanın aparıcı klinikalarında bir neçə min xəstə üzərində aparılan genişmiqyaslı tədqiqatlar təsdiq edib ki, onkoloji xəstəliklərin əmələ gəlməsində birinci yeri qida faktoru tutur.

“İkinci yerdə siqaret çəkmək və ətraf mühit, üçüncü reproduktiv münasibətlərin pozulması – reproduksiyadır. Repruduksiya dedikdə, övlad dünyaya gətirmək, körpəyə süd vermək, qadınların ailə qurmaq yaşı və s. başa düşülür. Bu faktorlar xərçəngin əmələ gəlməsinin təxmini 65-70 faizini təşkil edir.

Bizim qəbul etdiyimiz qidalar hətta mədə-bağırsaqla əlaqəli olmayan onkoloji xəstəliklərin yaranması ilə nəticələnir. Həddindən artıq heyvani piylərlə zəngin, konservləşdirilmiş, qızardılmış qidalar, qırmızı ət ölkəmizdə qida rasionunun əsasını təşkil edir.

Hansı ölkələrdə ki balıq və ağ ət adlandırdığımız toyuq ətindən istifadə olunur, meyvə-tərəvəz qida rasionunda xüsusi yer tutur, bitki mənşəli qidalardan daha çox istifadə edirlər, həmin ölkələrdə bir çox onkoloji patologiyaların sayı azdır.

Bunu mən demirəm, dünya statistikası təsdiqləyir. Ona görə şiş əleyhinə mübarizə dünyanın bir çox ölkələrində dövlət proqramı var. Bizdə də bu hazırlanır. Həmin proqramlarda qida faktoruna xüsusi yer ayrılır və insanlar bu istiqamətdə maarifləndirilir.

Məsələn, ABŞ-da hesab edirlər ki, həftənin azı dörd günü zəngin meyvə və tərəvəz yeyilməlidir. Bu cür sistemli qidalanmaqla bir çox şişlərin qarşısını almaq olar. Ətraf mühit də onkoloji xəstəliklərin artmasında rol oynayır.

Atmosferə atılan tullantılar, yuxarı tənəffüs yolları, ağciyər xərçənginin əmələ gəlməsində ətraf mühit faktorunun xüsusi rolu var”, – deyə komitə sədri əlavə edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.