Mədənin xroniki eroziyaları kəskin eroziyalardan xəstələrə kliniki əlamətlər vermədiklərinə görə fərqlənirlər. Eroziyaların əmələ gəlməsinə mədənin selikli qişasının mikroflorası və immun sistemdə baş verən xəstəliklər səbəb olur.Belə ki,uzun müddət mədə turşuluğunun çox olması mədənin selikli qişasını aşıladığı üçün qızartılar əmələ gəlir.Mədədə xroniki eroziyaların əmələ gəlməsinə uzun müddət bəzi dərman preparatlarının qəbulu da səbəb ola bilir.Məsələn,aspirin,kortikosteroidlərin 2 ildən artıq davamlı olaraq qəbul edilməsi eroziyaların baş verməsinə səbəb olur.Bu zaman mədə divarının birləşdirici toxumadan ibarət qatının müəyyən bir hissəsinin fibrin toxuması zədələnir və iltihab əlamətlərinə bənzər əlamətlər verir.
Xəstəliyin klinikasını çox vaxt digər mədə xəstəlikləri ilə qar
işıq salınır.Belə ki,mədənin xroniki eroziyalarının klinikası aşağıdakı xəstəliklərin klinikasına uyğun gəlir:
– mədənin yara xəstəliyi
– xroniki xolisistit
– xroniki pankreatit
– qastrit
Xəstəliyə ən çox 40 yaş və ondan yuxarı yaşlı olan adamlarda rast gəlinir.Mədə yarası xəstəliyi isə ən çox cavan adamlarda əmələ gəlir.Xroniki eroziya xəstəliyinin üstün cəhəti qanaxma verməməsidir.
Diaqnoz
Xəstəliyə diaqnoz qoymaq üçün endoskopik müayinə metodundan istifadə edilir.Mədəyə endoskopik baxış zamanı bir və ya bir neçə yaraya rast gəlmək olur.Adətən eroziyalar mədənin antral hissəsində əmələ gəlir.Mədəyə hava vurub yoxladıqda orada 0,2-1,5 sm ölçüdə zəif hiperemiyalaşmış eroziyaları görmək mümkün olur.Rentgen müayinəsində eroziya 1 sm ölçüdə mədə divarında deffekt şəklində müşahidə ediir.Eroziyalar polip mənşəli ola bilirlər.Polip mənşəli eroziyaların xoşxassəli və ya bədxassəli olmasını isə biopsiyanın nəticələri bildirir.
Orqanik.az