Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir, bu zaman vəzin hüceyrələri bir-birinə hücum edir, orda nekroz belə əmələ gələ bilər.
Orqanik.az bakupost-a istinadən daha çox yeyib-içən insanlarda əmələ gələn pankreatitin ilkin əlamətlərini təqdim edir.
Pankreatitin əsas səbəbi alkoqol içkilərdən hədsiz istifadədir. Eləcə də uzun müddət müxtəlif ağır dərmanları udmaq mədəaltı vəzi zədələyir.
Stress, əsəb, hormonal pozuntular, zərərli qidalanma, qızartma yeməklər də xəstəliyi tətikləyir.
İkincili reaktiv pankreatit mədə-bağırsaq, həzm, öd, qaraciyər problemi, öd daşı olanlarda xroniki olaraq inkişaf edir.
Əsas əlamətləri :
– Mütəmadi ağrı, qabırğa altında sancı
– Ürəkbulanma, qusma
– Həzm pozuntusu
– Qarında dəhşətli köp
– Kəskin formada çox güclü kəsici ağrı, güclü qusma
– Ürək döyüntünün artması
– İştahın pozulması
– İshal
– Nəcisin açıq rəng alması
Kəskin tutma çox qorxulu olur, xəstə təcili yardımla cərrahi bölməyə çatdırılmalıdır.
Əgər mədəaltı vəzin 90% işləmədiyi diaqnoz olunarsa, xəstəyə ömürlük ferment preparatları yazılır.
Kəskin pankreatitin hələ sovet dövründən 3 əsas müalicə metodu var: acqalma, soyuq və sakitlik, yuxu.
Xəstə ən azı 5 gün bu rejimə əməl etməlidir.
Orqanik.az