Mədəaltı vəz şiş xəstəliyi simptomsuz başlayan və sürətlə irəliləyən aqressiv formalı və xəstənin erkən ölümünə səbəb olan 10 xərçəng növündən biridir.
Son zamanlar bütün dünyada və o cümlədən Azərbaycanda da bu xəstəliyə tutulanların sayı artıb.
Orqanik.az mədəaltı vəz xərçənginin erkən əlamətləri və kimləri tuta biləcəyi barədə məlumatı təqdim edir.
Xəstəliyin risk faktorları: içki, siqaret, zərərli qidalanma, çox yemək, yağlı, heyvan mənşəli qidalar, xroniki iltihabi xəstəliklər, diabet, mədəaltı vəzin pankreatiti və s-dir.
Mədəaltı vəzdə şiş olmasını göstərən əsas simtpomlar:
– İştahın qəfil, səbəbsiz kəsilməsi və kəskin arıqlama
– Tez yorulma, səhərlər belə yerindən qalxmaq istəməmək
– Titrətmə və səbəbsiz qızdırma, sonra qızdırmanın itməsi
– Qarın boşluğu, mədəaltı və mədə üstündə uzun, küt ağrı, sancı, kürəyə yayılan ağrı
– Gecələr belə ağrı, qəfil ağrıdan yuxudan oyanma
– Ümumiyyətlə, ağrı insan uzanan yerdə artır
– Mexaniki sarılıq – dərinin, göz bəbəyinin saralması
– Sidiyin tünd pivə rəngi alması
– Nəcisin rəngsizləşməsi, ağarması
– Dəri səthində qaşınmalar, nəticədə xəstənin yata bilməməsi, əsəbi olması
– Mədəaltı vəzi həzm üçün lazımi fermentlər hasil etdiyindən, şiş zamanı bu fəaliyyətini icra edə bilmir, pozulur və ferment defisiti yaranır. Nəticədə xəstə tez-tez nəcisə gedir, qarnı çox köpür, yeməkdən sonra ağırlıq hiss edir, nəcis çox yağlı, yapışqanlı olur.
Nə etməli:
İlk öncə terapevt və qastroenteroloqa müraciət olunur.
Qan analizi, qanda bilirubin, biokimyəvi analiz, sidik, nəcis analizi, bütün daxili orqanların UZİ-si, lazım gələrsə KT, orqanı görmək üçün fibroqastroduenoskopiya edilir.
Xəstəliyin dərəcəsinə görə kimya və radioterapiya, cərrahi müalicə tətbiq olunur.
Orqanik.az