Mukovissidoz

Mukovissidoz – irsi sistem xəstliyidir. Bu zaman bütun sekresiya vəzləri: mədəaltı vəz, tər vəzləri, bağırsaq vəzləri, ağ ciyər-bronx sistemi, cinsi vəzlər zədələnir.
Səbəbləri:
Bu zaman membranarası genin mutasiyası baş verir. Bu zülal ekzokrin vəzlərin ifraz etdikləri sekretin nəqliyyatını tənzim edir. Mutasiya nəticəsində bu sekret daha qatı və yapışqan olur.
Simptomları:
Əsas formaları aşağıdakılardır:
-qarışıq (ağ ciyər-bağırsaq 70-80%)
-bronx-ağ ciyər (15-25%)
-bağırsaq (5%)

Ağ ciyər-bronx forması 1-2 yaşda, tənəffüs aparatının zədələnməsi ilə meydana çıxır. Xırda və orta bronxlarda qatı bəlğəm yığılır. Xəstələri sayrışan, ağrılı tutmaşəkilli öskürək narahat edir, bakterial infeksiya qoşulduqda residivləşən bronxitlər inkişaf edir, öskürək artır, təngnəfəslik baş verir.
Bağırsaq formasında bagırsaqda cürümə prosesləri artır, qazlar toplanır ishal baş verir, qarın köpür. 1-ci aylar iştaha artır, sonra isə hipotrofiya, polihipovitaminoz baş verir. 10-15% hallarda bağırsaq keçməməzliyi inkişaf edir.
Diaqnostika:
Diaqnostikada tərdə xlor ionlarının təyini əsas rol oynayır. Belə xəstələrdə bu, normadan yüksək olur.
Siz nə edə bilərsiniz:
Əgər bu simptomları aşkar etmisinizsə həkimə müraciət edin.
Həkim nə edə bilər:
Xəstəliyin ağırlıq dərəcəsindən asılı olmayaraq xəstə stasionara yerləşdirilir. Terapiya kompleks aparılmalıdır, kinezoterapiya (bəlğəmin ifrazına kömək edən xüsusi məşğələlər) aparılmalıdır. Məşğələlər gündəlik və ömürlük aparılır.
Profilaktika:
Əgər ailədə bu xəstəlik varsa hamiləliyə qədər həkim-genetikə müraciət etmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.