Türkdilli xalqların tarixi və mədəniyyətində musiqinin və musiqi ilə müalicə olunmanın faydası bütün tarixi kitablarda qeyd edilib.Müasir tibbdə də musiqi ilə müalicə edən həkimlərimiz vardır.
Muğamlar qədim tarixə malik olan musiqi janrlarından biridir.Min il əvvəllər Orta Asiyada Xorasanda və Uyqur bölgəsində bəzi xəstəlikləri muğamlarla müalicə edən məşhur həkimlər olub. Musiqi ilə müalicə haqqında Fərabi,İbn Sina,Əbu Bəkr Razi,Həsən Şuri,Həkimbaşı Gevrəkzadə Hafiz Əfəndi əsərlər yazmışlar.Onlar öz əsərlərində müsiqinin insan orqanları və duyğuları ilə təmasa keçə bilmək qabiliyyətinə malik olduqlarının yazmışlar.
Dahi Türk alimi Fərabi (870-950)muğamların insan ruhuna təsir edə bilmək qabiliyyətini öz yazdığı əsərlərdə qeyd etmiş və muğamların hansı təsirə malik olduğunu yazmışdır:
Rast muğamı – insana şəfa,sevinc,rahatlıq verir.
Nəva muğamı – insana ləzzət və könül rahatlığı verir.
Şikəsteyi-fars muğamı – insanın duyğularının oyadır.
Bayatı İsvahan muğamı – insanın hərəkət qabiliyyətini artırır.
Bayatı Siraz – insana sadəlik öyrədir.
Səba muğamı – insana cəsarət verir.
Hüseyin muğamı – insanı sülhə səsləyir.
Ovşarı mağamı – insanın könlünü açır.
Dügah muğamı – insana duyarlılıq bəxş edir.
Orqanik.az