Mövsümi depressiya ilə necə mübarizə aparaq? – Psixoloqdan açıqlama

Rusiyalı klinik psixoloq, yazıçı və teleaparıcı Mixail Xors mövsümi depressiyanın mümkün səbəblərini və onunla mübarizə yollarını açıqlayıb.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, o, ilk növbədə gündüzün qısa olmasının, günəşin olmamasının, vitamin çatışmazlığı kimi biokimyəvi amillərin heç də həmişə insanın psixi sağlamlığına təsir etmədiyinə diqqət çəkib. Mütəxəssis əlavə edib ki, eyni zamanda stresin koqnitiv səbəbləri də bunda mühüm rol oynayır.

O, “Blue Monday” psixoloji hadisəsi barədə də xatırladıb. Bu ifadə adətən yanvarın son tam həftəsinin bazar ertəsinə təsadüf edən “ilin ən acınacaqlı günü”nə istinad etmək üçün istifadə olunur. Psixoloqun izah edib ki, bu ana “insanın mənfi qiymətləndirdiyi bir neçə amil əlavə olunur”: bayramlarda həddindən artıq yemək və spirtli içkilərdən həddindən artıq istifadə, həftə sonundan sonra işə getmək, yeni il üçün özünə verilən vədləri yerinə yetirməmək.

Öz növbəsində, mənfi qiymətləndirmə insanın emosional vəziyyətinə təsir göstərir. Ekspert neqativ münasibətdən uzaq durmağın vacib olduğunu vurğulayıb.

Məsələn,”verdiyim sözü tutmadım, bu çox pisdir” əvəzinə, “verdiyim sözü tutmadım, bu, mənim istədiyim kimi deyil” istifadə etmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.