Moruq haqqında

Moruq yarpaqlarını hər il dəyişə bilən, çoxillik kol bitkisinin meyvəsidir. Moruq kolunun hündürlüyü yarım metrə qədər qalxa bilir və yan-yörəsindən çoxlu kök ataraq çoxalır. Moruq kolu kökləri vasitəsilə artıb çoxalır. O möhkəm kök sisteminə malikdir.
Moruğun yarpaqları oval, tünd-yaşıl, yarpaqlarının arxa tərəfi ağımtıl, zərif tüklü olur. Moruğun çiçəkləri ağ, 1 santimetr ölçüdə olur. Moruq meyvəsi yarpaqlarının dibindən çıxan nazik saplağın uc hissəsində olan çiçəklər töküldükdən sonra formalaşmağa başlayır. Onun kiçik və dadlı meyvələri olur. Moruğun meyvələri növlərindən asılı olaraq ağ, sarı və qara ola bilir. Moruğun vətəni Orta Avropa ölkələridir. O ən çox meşələrdə, kolların altında, çay kənarlarında, boş ərazilətdə bitir. Bostançılar öz həyətyanı sahələrində də bəzən özləri moruq kolunu əkərək yetişdirirlər. Moruğun tərkibində alma, sirkə, kapron, salisil, qarışqa, qlükoza, fruktoza, saxaroza, tanin maddələri, pektin, azot və boyalı birləşmələr, kalium, sianin xlorid, asetoin, benzaldehid, karotin, B qrup vitaminləri, C vitamini və efir yağları var. Moruq toxumu yağlar və fitosterinlə zəngindir. Təzə moruq meyvələri gözəl ətrə və dada malik olur. Ondan mədə və bağırsaq xəstəlikləri zamanı çox istifadə edilir. O iltihab əleyhinə və ağrıkəsici təsirə malikdir. Moruq qızdırmasalıcı, qanaxmakəsici, antitoksik, iştahaçıcı təsirə malikdir. Moruğun tərkibi A, E, PP, C, B qrup vitaminləri ilə zəngindir. Xalq təbabətində moruqdan qripp, kəskin respirator virus xəstəlikləri, kəskin oynaq ağrıları, radikulitlər, soyuqlama və nevrotik xəstəliklər zamanı istifadə edilir. Adətən bu məqsədlə moruqdan dəmlənmiş çaydan istifadə olunur. Bunun üçün 5-6 xörək qaşığı qurudulmuş və ya təzə moruğu 3 stəkan qaynar suda qaynadıb, isti halda içmək lazımdır. Bu dəmləmə orqanizmi tərlədərək xəstəlik əlamətlərinin aradan qalxmasına yardım edir. Moruq təzyiqin aşağı düşməsinə səbəb olur. Moruqdan xalq təbabətində prostat vəzin ölçüsünün kiçilməsi məqsədilə istifadə edilir. Bu məqsədlə moruq və zambağın qarışımından çay dəmləyib içmək lazımdır. Moruqla zambaq qarışımından hazırlanmış çay prostat vəzinin ölçüsünü kiçiltməklə yanaşı cinsi zəifliyi də aradan qaldırır. Koreya və Çin təbabətində moruq toxumlarından sonsuzluğun müalicəsi üçün istifadə edilir.
Moruq toxumlarından cinsi zəifliyi aradan qaldırmaq məqsədilə xüsusi dərman hazırlanır. Bu dərman çilkalban adlanır. Dərmanı hazırlamaq üçün moruq toxumlarını araqda isladır, zəif odda qurudulur. Onu 1 xörək qaşığı olmaq şərti ilə səhər-axşam su ilə qəbul etdikdə cinsi zəifliyi aradan qaldırmaq mümkün olur.
Şəkərli diabet zamanı moruq şirəsi, moruq çayi, moruq tozu və ya şəkərsiz moruq kompotu içmək məsləhət görülür. Moruq termiki işləmədən keçdikdə belə öz müalicəvi xüsusiyyətlərini qoruyub saxamaq qabiliyyətinə malikdir. Moruq bağırsaq və uşaqlıq divarının saya əzələlərini möhkəmləndirir. Onun yarpaqlarından hazırlanmış dəmləmə ishal və qanaxmalar zamanı çox faydalıdır. Dəmləmə ilə qarqara olunduqda boğaz və ağız boşluğundakı iltihabi proseslər azalır, ağrılar aradan qalxır. Moruğun tərkibində olan efir yağları bəzən insanlarda allergiyaya səbəb olur. Qastritdən və mədə yarasından əziyyət çəkənlərə hazır şəkildə satılan moruq şirəsi və ya moruqdan hazırlanan başqa qida məhsulları yemək məsləhət görülmür. Podaqradan, sidik daşı xəstəliyindən və böyrək xəstəliklərindən şikayəti olanlara çoxlu miqdarda moruq yemək məsləhət görülmür. Şəkərli diabet, astma və burunda polip olan xəstələrə də moruq yemək tövsiyə edilmir.
Hamiləlik zamanı çoxlu miqdarda moruq yemək uşaqda və anada allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb olduğu üçün onu yeyərkən diqqətli olmaq lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.