Mixək tək ədviyyat deyil. Mixək tibbdə müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı çox geniş istifadə olunur.
Mixek çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində B qrupu vitaminləri (В1, В2, В3 или РР, В4, В6, В9), A, C, E, K vitaminləri, qiymətli efir yağları var.
Bundan əlavə mixək bu kimi mikro- və makroelementlərlə də zəngindir: kalium, kalsium, mis, fosfor, dəmir, selen, sink, maqnezium və s.
Bu zəngin tərkibinə görə mixek bütün insan orqanizminə çox müsbət təsir edir. Mixək antiseptik və bakteriyalar əleyhinə, ağrısızlaşdıran, yarasağaldan təsirinə malikdir.
Mixək qadınların cinsiyyət sisteminə çox müsbət təsir edir, menstrual funksiyasını tənzimləyir.
Mixək bütün mədə-bağırsaq sisteminə də çox yaxşı təsir edir. Belə ki, mixək həzm şirələrinin ifrazını artırır, iştahanı artırır, həzm prosesləri tənzimləyir. Bu ədviyyat kolit, bağırsaq köpü, diareya (ishal) müalicəsi zamanı geniş istifadə olunur.
Lakin mədə və 12 barmaq bağırsağı xora xəstəlikləri, hipertoniya zamanı bu ədviyyatdan tez-tez istifadə etmək tövsiyə edilmir.
Mixək ağızdan gələn pis qoxunu aradan qaldırır, diş ağrısını azaldır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun), damaqların vəziyyətini yaxşılaşdırır.
Mixək antikanserogen (xərçəng əleyhinə) təsirinə malikdir. Elmi araşdırmalar nəticəsində sübut olunub ki, mixək xərçəng hüceyrələrin inkişafını tormolayır.
Mixək B qrupu vitaminlərlə olduqca zəngindir və bu səbəbdən ədviyyat sinir sistemi üçün çox xeyirlidir. Mixək sakitləşdirir, psixiki gərginliyi aradan qaldırır, beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır.
Bu ədviyyat şəkərli diabet, insult və infarkt kimi ağır xəstəliklərin profilaktikası zamanı istifadə olunur.
Mixək dərinin vəziyyətini və görməni yaxşılaşdırır, immun və ürək-damar sistemini möhkəmləndirir.
Mixək yağı da tibbdə və kosmetologiyada geniş istifadə olunur. Yağ soyuqdəymə, öskürək, zökəm zamanı xəstəyə kömək edir.
Bir çox qadınları gözlərin altında əmələ gələn ödemlər narahat edir. Bu ödemlərlə mübarizə etmək üçün bir neçə dənə mixək qaynar suda dəmləyin, soyudun və islatmalar edin.
Təbii ki, mixəkdən daim istifadə etmək lazımdır ki, o bütün öz faydalı xüsusiyyətlərini insana bəxş etsin. Mixək qida və şirniyyatların bişirilməsi zamanı istifadə olunur, çaya əlavə oluna bilər. Ədviyyat çaya qeyri-adi dad və ətir verir.
Orqanik.az