Ümumi məlumat
Miopiya yaxından görmə gözlərin çox yayılmış xəstəliyidir. Bu zaman görmə itiliyi azalır. Belə insanlar uzaqda olan əşyaları seçə bilmir. Miopiya zamanı göz alması oval formada olur, nəticədə işıq şuaları torlu qişanın önündə fokuslanır(normadaonun üzərində olmalıdı). Miopiyada göz alması gərilir, torlu qişanın distrofiyası nəticəsində xəstənin görmə qabiliyyəti birazda azalır.
Yaxından görmə ən çox cavan adamlarda, 30 yaşa qədər şəxslərdə rast gəlinir. Miopiyanın bir neçə növü, formaları, dərəcələri var. Uşaqlarda anadan gəlmə miopiya ola bilər. Anadangəlmə miopiya irsi xarakter daşıyır. Onun inkşafı 1-16 yaş arası olur.
Qazanılma miopiya 7-16 yaş uşaqlar arasında yaranır. Buna səbəb pis şəraitdə görmənin pozulmasıdır. (komyuter arxasında uzun müdətli iş, yazı yazdıqda yazı stolunum düzgün işıqlandırılmaması)
Əmələ gəlmə xarakterindən asılı olaraq proqressiv və stasionar formaları ayırd edilir.Stastonar formada görmə pozulur,gələcəkdə bu hal inkişaf etmir.Proqresstv formada isə uzağı görmə get- gedə azalır.
Simptomları
İlk simptomu-uzaq məsafələrə görmənin pozulmasıdır.Bu zaman vaxtında müalicə aparılmasa yaxından görmə də pozulacaq.
Diaqnostikası
Balaca uşaqlarda çətinlik törədir.Bu hal valideynlərdən xüsusi diqqət tələb edir.İlk əlaməti usaqların gözlərini qırpması, qıymasıdır.Oftalmoloq xüsusi cədvəl vasitəsilə görmənin dəqiq diaqnozunu qoyur və xüsusi optik eynəklər təyin edir.
Profilaktika
Profilaktikada skleranı möhkəmləndirmək üçün xüsusi proseduralardan istifadə olunur.
Müalicə
Konservativ müalicədə görmənin korreksiyası üçün cərrahi müdaxilə olmadan eynəklər,apparat və kontakt metodlardan istifadə olunur.
Xüsusi linzalar vasitəsilə görməni korreksiya etmək olar.Linzaları çıxartmadan istifadə etdikdə heç bir xoşagəlməz effekt baş vermir.Linzalara əks göstəriş infeksion xəstəliklərdir.
Hal-hazırda lazer korreksiyası aparılır ki,bu zaman yaxından görmə tam aradan götürülür. Bu cərrahi baxımdan təhlükəsiz metoddur.
Orqanik.az