Miokard infarktı-Ürək tutması

İnfarkt ürəyi qidalandıran qan damarlarından birində qan təminatının tamamilə dayanması deməkdir. Bunun nəticəsində isə uyğun olaraq ürəyin o sahəsində əzələlər ölür.  İnfarkt üçün arteriyanın 15-30 dəqiqə qan vurmaması kifayət edir. Hüceyrələrin ölümü zamanı elə şiddətli ağrılar olur ki, pasientin psixi pozğunluğu da yaranır.

Miokard infarktın səbəbləri

1.Aterosklerotik  laxta hüceyrələr müntəzəm olaraq artması arteriyanın zamanla bağlanmasına səbəb olur. Bu proses illər, hətta 10 illər ərzində də baş verə bilər. Bir qayda olaraq, bu proses stenokardiya simtompları ilə müşayət olunur.

2.Arteriyanın trombozu. Arteriya trombozu aterosklerotik laxta hüceyrələrin səthinin partlaması nəticəsində yaranır. Bu hüceyrələr gözəgörünməz ölçüdə ola bilər və özünü biruzə verməz. Amma partlayanda və bölünəndə maqnit kimi trombositləri özünə cəlb edir. Nəticədə isə trombositlər eritrositlərlə birləşərək tromb yaradır, növbəti mərhələdə isə qan dövranı kəsilir.

3.Arteriyanın uzunmüddətli spazması nadir hallarda olsa da infarktla nəticələnir.

4.Arteriya divarlarında iltihab-bəzi infeksion xəstəliklər də infarkta səbəb ola bilər.

5.Tromboz-damarların trombla tıxanması.

Miokard infarktın simptomları

Miokard infarktın əsas klassik simptomu döş qəfəsində yaranan sancılardır. Bu ağrı sol tərəfə, sol qola və alt çənəyə də vurur. Eyni zamanda ürək bulanması qusma, ölüm qorxusu hissi ilə də müşayət olunur. Stenokardiya zamanı pasientlərin qəbul etdiyi nitroqlesirin də ağrını azaltmır.

Amma infarktın bütün növləri ürək ağrısı ilə müşayət olunmur. Bəzən isə tipik formada baş verir və ya demək olar ki, heç bir simptomsuz üzə çıxır.

Döş qəfəsində ağrılarla yanaşı nəfəs daralması, ayaqların şişməsi, zəiflik və ölüm qorxusu da simptomlar arasındadır.

Miokard infarktın diaqnostikası 3 kriteriyaya görə müəyyən edilir:

Birinci kriteriya-Bu, döş qəfəsində anginoz xarakterli ağrılar, yəni stenokardiyanın olmasıdır. Ağrılar ən azı 15-20 dəqiqə davam edir. Adətən pasient həkimə gətiriləndə 40-60 dəqiqə keçir.

İkinci kriteriya- Elektrokardioqramda olan dəyişikliklər. İnfarktın tipik əlamətləri var. Amma EKQ-də yaranan bir sıra dəyişikliklər də bundan xəbər verir və daha əvvəlcədən problemi müəyyən etməyə şərait yaradır.

Üçüncü kriteriya-Ürək hüceyrələrinin məhvi zamanı, bu adətən infarkt zamanı baş verir, ürəkdən qana bir sıra maddələr düşür. Bu maddələr normada az miqdarda olur. Onların artımını isə qan analizi zamanı müəyyən etmək olar.

Müalicə

Miokard infarktın müalicəsi ağrı sindromunun dayanması, zədələnmiş damarda qan dövranının bərpası, oksigenin tərkibində miokardın azalması və zədənin müalicəsi deməkdir.

İnfarkt zamanı ilk olaraq ağrı sindromu ilə qarşılaşırıq. Pasient bu zaman ağrıdan özünə yer tapa bilmir, ağlının çaşqınlığı ilə rastlaşmaq olar, pasient qəflətən yerindən sıçrayaraq qaça da bilər. Bu səbəbdən ağrıkəsici ilk etapdır. Bunun üçün isə adətən narkotik tərkibli analgetik morfin, omanpon, promedoldan istifadə edilir.

Müalicənin növbəti mərhələsi zədələnmiş damarda qan dövranını bərpa etməkdir. Bunun üçün isə damar genişləndirən nitroqliserin preparatından istifadə edilir. Bu preparat damcılama üsulu ilə fasiləsiz köçürülür. Bundan əlavə, tromb yaranmasına qarşı da dərmanlardan istifadə edilir.

Növbəri mərhələ oksigendə miokard tələbatının azalmasıdır. Bunun üçün isə təyin edilmiş preparatlarla puls bir dəqiqədə 50-55-ə qədər azaldılır, qan təzyiqi normallaşdırılır. Pasientə ilk günlər ciddi yataq rejimi tətbiq olunur.

Əgər kəskin ürək çatışmazlığı varsa, sidikqovucu dərmanlar təyin edilir. Bundan əlavə, pasientə ən azı bir həftə ərzində palata rejimində intensiv terapiya təyin edilir. Hazırda infarktın ən effektiv müalicə üsulu dərialtı koronar müdaxilə sayılır.

Risk faktorları-Miokard infarktını sürətləndirən faktorlar

1.Siqaret çəkmək-ən ciddi faktordur.

2.Qanda yüksək miqdarda xolesterin.

3.Azhərəkətli həyat tərzi və artıq çəki.

4.Yüksək qan təzyiqi.

5.Şəkərli diabet və ya qanda yüksək miqdarda şəkərin olması.

Əgər bütün bunlar sizdə yoxdursa və siz 55 yaşdan cavansınızsa, ailənizdə 55 yaşa qədər heç kəsdə infarkt olmayıbsa, infarkt riski sizdə çox azdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.