Mikrodalğalı Soba Seçərkən Nələrə Diqqət Etmək Lazımdır?

Mətbəxdə vaxt keçirmək və yemək hazırlamaq olduqca xoş bir fəaliyyət olsa da, bəzən vaxtın məhdud olması, uzun səy tələb edən yeməklərin bişirilməsinin qarşısını alır. Vaxt az olduqda vaxta qənaət edən və çox sürətli həllər edən köməkçilərə ehtiyac duyarıq. Sürətli istilətmə xüsusiyyətindən əlavə donmuş qida məhsullarının da tez açılmasına kömək edən mikrodalğalı sobalar mətbəxlərin əvəzolunmazları arasındadır. Evdar.az mikrodalğalı soba seçərkən nələrə diqqət etməlisiniz? Mikrodalğalı sobalar necə işləyir? kimi sualların ətraflı cavabını təqdim edir.

Mikrodalğalı sobalar istifadəsi asan, böyük sobalarla müqayisədə daha az yer tutan, işığa qənaət edən və ən əsası həyatı sürətləndirmək kimi üstünlükləri ilə mətbəxdə ən vacib köməkçilər arasındadır. Həyatınızı bu qədər asanlaşdıran bu mətbəx cihazını almağa hazırlaşırsınızsa və ya yenisi ilə dəyişdirəcəksinizsə bunlara diqqət etməlisiniz.

Mikrodalğalı Soba Necə İşləyir?

Percy Spencer 1940-cı illərdə təsadüfən mikrodalğalı işığının əvvəlcə qidanı qızdırdığını ixtira edib. Radar dalğaları ilə təcrübə apararkən cibindəki şokoladın əridiyini görən Spencer, mikrodalğalı sobanın detallarını hazırlamağa başlayıb. Hazırkı versiyasına bənzər ilk mikrodalğalı soba 1957-ci ildə satışa buraxılıb. İş prinsipini ən sadə şəkildə izah edərək qeyd edək ki, içindəki su molekulları sayəsində radiasiyanı tutur və qidanı radiasiyanın zərərli təsirlərinə məruz qoymadan isidir.

Ənənəvi sobalar xaricindən içinə qədər istiliyi ötürür və bu da tortun kənarlarının yanmasına və ya bişməməsinə səbəb ola bilər. Lakin mikrodalğalı sobalarda bu cür hallar baş vermir. Bu tip sobalar, güclü radio dalğalarının köməyi ilə yeməyinizi 6 qat daha sürətli bişirir. Bundan əlavə, elektrik enerjisinə qənaət etmələri, daha çox seçim edilməsinin səbəblərindən biridir.

Mikrodalğa Soba Seçərkən Nələrə Diqqət yetirməlisiniz?

İnkişaf edən texnologiya sayəsində artıq hər ehtiyaca və zövqə görə fərqli növdə mikrodalğalı sobalar mövcuddur. Mikrodalğalı sobalarda ölçüsünə, enerji rejiminə və növlərinə görə dəyişən ən çox seçilən modellər; bunlar dəzgah üstü, ankastre və şkafiçi mikrodalğalı sobalardır.

Bu sobalardan ehtiyacınıza uyğun birini seçərkən:

  • Mikrodalğalı soba seçərkən ilk öncə qoyacağınız yerin ölçüsü olmalıdır. Hər bir ehtiyaca uyğun dizayn edilmiş, kiçik sahələrə uyğun mikrodalğalı sobaları asanlıqla tapa bilərsiniz.
  • Dəzgahınızın üstünə qoymaq üçün 14x24x20 düym ölçülərində dəzgah üstü mikrodalğa sobası seçə bilərsiniz. Bu ölçülərdə mikrodalğalı sobalar enerji istehlakı baxımından da çox uğurludur.
  • Şkafiçi mikrodalğalı sobalar isə 15x30x26 düym ölçüsündə olur. Digər tərəfdən ankastre məhsullar,dəzgah modellərinə bənzəsə də, dəzgahınızda yer tutmaq əvəzinə mətbəx dekorasiyasının bir hissəsi olmaq üçün dizayn edilmişdir.
  • Mikrodalğalı soba seçərkən diqqət yetirməli olduğunuz bir başqa məsələ də qapağında istifadə olunan materialdır. Əgər sobanın qapısı metaldırsa, araşdırmalar elektromaqnit dalğaların çölə sıza bilməyəcəyini göstərir.
  • Vaxt parametrləri olan sobaları seçməyiniz yemək hazırlayarkən yanında dayanmağınızı tələb etmir və yemək hazır olduqda sizi xəbərdarlıq edir.
  • Ev üçün mikrodalğalı sobalar seçimində 20 litr həcmi ehtiyaclarınızı kifayət qədər qarşılayacaq. Əgər iş yeri və s. bir yer üçün seçirsinizsə, daha geniş bir daxili həcmə sahib olmağınız işinizi asanlaşdıracaq.
  • Mikrodalğalı sobaların gücü bişirmə sürəti ilə birbaşa mütənasibdir. Sürətli bişirmə sizin üçün ən vacibdirsə, ehtiyacınız olan orta soba 1000 Watt gücündən çox olmalıdır. Daha az güclü sobalar bişirmə müddətinin daha uzun olması deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.