Günlük qidalanmamız zamanı mütləq şəkildə meyvə və tərəvəzlərdən istifadə etməliyik.
Bir çox insan səhhət üçün faydalı olduğunu düşünərək meyvə suyundan daimi olaraq istifadə edir. Meyvə suları meyvədən sıxıldığı üçün vitamin və minerallar cəhətdən zəngin olduğu düşünülür. Ancaq meyvə suyu sanılan qədər faydalı olmaya bilər.
Meyvə şirəsi meyvənin sahib olduğu mineral və vitaminlərlə zəngin olsa da meyvəni daha faydalı edən lifə sahib olmasıdır. Lif vücudun həzm prosesini tənzimləyir və uzunmüddət sizi tox saxlayar. Yüksək lifli qidalar yemək diabet, ürək problemi kimi riskləri azaldar.
Lif olmayan meyvə sularından istifadə etmək mədənizi kifayət qədər təmin etməz və özünüzü ac hiss edərsiniz. Türkiyəli mütəxəssislərin araşdırmalarına görə, içkilər meyvədən daha az faydalıdır.
Xüsusilə kilo vermək istəyənlər üçün meyvə şirəsindən istifadə düzgün seçim deyil. Meyvə şirəsindən çox istifadə qaraciyər yağlanmasına gətirib çıxara bilər.
Mütəxəssislər meyvələri diri halda yeməyi daha uyğun görürlər. Bu zaman bütün vitaminlərdən yararlanmaq mümkün olacaqdır. Çünki bəzi meyvələrin vitamini əsasən qabığında olur. Şirə çəkilən zaman isə qabıqlar kənara atılır ki bu da vitaminin yarısını məhv etmək deməkdir.
Orqanik.az