Meyvə Və Tərəvəzlərdən Hazırlanan Təbii Qida Boyaları

Qida boyaları, bir çox tort və peçenye reseptlərində istifadə olunur. Ancaq mağazalarda satılan qida boyaları sağlamlıq üçün zərərlidir. Xəmir işlərində qida boyası istifadə etməyi sevənlər ev şəraitində təbii qida boyası hazırlaya bilərlər. Evdar.az ev şəraitində təbii qida boyası hazırlanma qaydasını təqdim edir.

Bənövşəyi Qida Boyası

Bənövşəyi qida boyası əldə etmək üçün bənövşəyi kələmdən 6 ədəd yarpaq qoparıb doğrayın. Doğradığınız kələmləri qazana qoyub üzərinə 5 stəkan suyu töküb bişirin. Qaynayan kələm suyunu süzün və bənövşəyi rəngli suyu buz qəliblərinə töküb dondurun (daha sonra istifadə etdikdə soyuducunun dondurucu gözündən çıxarıb istfadə edin).

Çəhrayı Qida Boyası

Çəhrayı qida boyası etmək üçün 3 ədəd orta ölçülü çuğunduru götürüb və iki yerə bölün. Suyun içinə qoyub pörtlədin. Qaynayan suyun içinə bir stəkan şəkər tozu və bir paket qabartma tozu tökün. Qaynama prosesi bitdikdən sonra çuğundur suyunu da sonra istifadə etmək üçün soyuducuda buz qəlibində saxlayın.

Narıncı Qida Boyası

Narıncı qida boyası hazırlamaq üçün 3 ədəd yerkökü soyun. Kökləri 2 stəkan suyun içinə tökün və bişirin. Tamam yumşalanadək qaynadın. Bu prosesin ardından kökləri qaynayan suyunun içində blenderdən keçirin. Hazır olan qarışığı buz qəliblərinə ya da keks qəliblərinə qoyaraq dondurucuda saxlayın.

Yaşıl Qida Boyası

Əgər tort və ya keks bişirəcəkiniz və sizə yaşıl qida boyası lazımdırsa çıxıb almağınıza ehtiyac yoxdur. Evdə olan ispanaqla yaşıl qida boyasını hazırlaya bilərsiniz. Bunun üçün 10 yarpaq ispanağı götürün və suyun içində pörtlədin. Bişən ispanaqları blenderdən keçirin və suyu soyuducuda saxlayın.

Qırmızı Qida Boyası

Tortlara, kekslərə hətta peçenyelərə rəng verərkən ən çox istifadə edilən qida boyası qırmızıdır. Qırmızı qida boyası əldə etmək üçün lazım olan bir ədəd qırmızı çuğundur və bir stəkan su. Bunun üçün çuğunduru soyub dilimləyin və suyun içində bişirin. Çuğunduru suyun içində bişirdikdən sonra süzün və suyunu buz qəliblərində soyuducuda saxlayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.