Meymunçiçəyinin ürəyə təsiri üzə çıxıb.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı xəstədə ilk dəfə yeni virusun əlamətləri başlayandan bir həftə sonra kəskin miokarditin inkişafı qeydə alınıb.
Xəstə ümumi pozğunluq, hərarət və bədəndə səpgilər olan meymunçiçəyi xəstəliyinin əlamətləri başlayandan beş gün sonra klinikaya gəlib. Xəstəxanada xəstənin PCR testindən istifadə edərək infeksiyaya yoluxduğu təsdiqlənib.
Üç gün sonra xəstə sol qola yayılan döş qəfəsində sıxılma şikayəti ilə təcili yardıma müraciət edib. Xəstəxanaya yerləşdirildikdən sonra o, EKQ, qan testləri, ürəyini MRT-dən keçib. Test nəticələrinə əsasən, həkimlər ona kəskin miokarditin inkişafının diaqnozunu qoyub.
Mütəxəssislərin fikrincə, kəskin miokarditin inkişafı meymunçiçəyi virusunun ekstrapolyasiyası nəticəsində baş verib. Ürək əzələsinin iltihabı isə əvvəllər ənənəvi çiçək infeksiyası ilə əlaqələndirilib.
Tədqiqat zamanı alimlər komplikasiyanı tam vizuallaşdırmaq üçün CMR xəritəçəkmə üsulundan istifadə ediblər. Əldə edilən məlumatlar xəstəliyin mümkün nəticələri haqqında tam təsəvvür yaratmağa, profilaktika və müalicənin müvafiq üsullarını işləyib hazırlamağa da imkan verəcək.
Orqanik.az