Meymunçiçəyindən sonra bədəndə yara izləri qalırmı?

Çiçək və ya meymunçiçəyi xəstəliyindən sonra dərin çapıqları aradan qaldırmaq illər çəkə bilər, lakin hər şey xəstəlikdən sonra dərinin zədələnmə dərəcəsindən asılıdır.
Orqanik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə kosmetoloq-dermatoloq Natela Qrişina Ura.ru saytına müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, bu xəstəlik insanları çox eybəcərləşdirir. Müasir kosmetologiyanın yüksək texnologiyalı üsullarına baxmayaraq, çiçək xəstəliyindən sonra çapıqlar və digər izlər bir anda silinmir.

“Bunlar müəyyən bir reabilitasiya, uzunmüddətli bərpa dövrü tələb edən prosedurlardır, çünki xəstəlikdən sonra dərinin zədələnməsi çox dərin olur. Bəzən korreksiya illərlə uzanır”, – Qrişina izah edib.

Kosmetoloq həmçinin xəbərdarlıq edib ki, ultrabənövşəyi şüalanmanın artdığı dövrdə belə prosedurlar həyata keçirilə bilməz. Odur ki, bu cür xəstəliklərdən ehtiyatlı olmaq və epidemiya baş verən bölgələrə səfər etməkdən çəkinmək vacibdir. Və bu, əsasən, 1980-ci ildən sonra doğulanlara aiddir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova saytımıza açıqlamasında xəstəliyin çox qaşıntılı olduğunu bildirmişdi. “Səpgilər sonradan yaraya çevrilir və bu yaralar iz qoya bilər. Odur ki, qaşınmaması və qoparılmaması tövsiyə olunur”, – həkim xüsusi vurğulamışdı.

Məlumat üçün bildirək ki, meymunçiçəyi adətən ilk simptomlardan bir-beş gün sonra görünür. Səpgilər adətən üzdən başlayır, sonra bədənin digər hissələrinə yayılır. Səpgilər 95% hallarda üzdə, 75% ovuc və dabanda, 70% ağızda, 30% cinsiyyət orqanında, 20% gözdə olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.