“Meymunçiçəyinə yoluxma sayı 10 minə yaxınlaşdı” – ÜST

ÜST bütün dünyada meymunçiçəyi virusunun yayılmasının davam etdiyini və yoluxma sayının 10 minə yaxınlaşdığını açıqlayıb.

Orqanik.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahda keçirilən mətbuat konfransında danışıb.

Baş direktor virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə 9200 hadisəni təsdiqlədiklərini qeyd edib.

Qebreyesus, virus səbəbilə fövqəladə vəziyyət elan edilməsi ehtimalı ilə əlaqədar olaraq, “Fövqəladə Hallar Komitəsi gələn həftə meymunçiçəyi yoluxmalarındakı tendensiyanı və virusla mübarizə üsullarının effektivliyini qiymətləndirmək üçün toplanacaq. Ölkələrin bu epidemiya ilə necə mübarizə aparmalı olduqları ilə bağlı məsləhətlər veriləcək” bildirib.

O, ÜST-nin meymunçiçəyinə qarşı peyvəndlərin hazırlanması və yayılması ilə bağlı müvafiq ölkələrlə danışıqlara başladığını da vurğulayıb:

“ÜST olaraq epidemiya ilə bağlı əlavə araşdırmalar üçün müxtəlif ölkələr və mütəxəssislərlə danışıqlarımızı davam etdiririk”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.