Araşdırmalar sübut edib ki, metabolizmanın pisləşməsinə yaş səbəb olmur. Belə ki, metabolizmanız 20 yaşında işlədiyi kimi 60-da da ola bilər.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, yaş artıqca daha çox yeməyə və az hərəkət etməyə başlayırıq. Metabolizmanın fəaliyyəti 30 yaşdan sonra yavaşlamağa başlayır. Buna səbəb isə yeməkdir.
Alimlər 6500 insan arasında 40 illik araşdırma aparıblar. Məlum olub ki, metabolizmanı 20 yaşda olduğu kimi 60 yaşda da sabit saxlamaq mümkündür.
Yaş artdıqca daha çox yeməyə, yağlı və xəmir xörəklərinə meyl artır. Buna görə də çalışın yemək həddinizi nəzarətdə saxlayın.
Bəzən zövq almaq üçün yediyiniz çips, tum, çərəzlər, əslində iştahı açır. Əgər acsınızsa, çalışın sizi doyduracaq yeməklər yeyin.
Çalışın süd məhsullarını qida rasionunuzda daha da bol edin. İdman edin, əgər buna vaxtınız yoxdursa təmiz havada gündə 40 dəqiqə gəzin.
Səhər yeməyindən 2 saat sonra yenidən aclıq hiss edə bilərsiniz. Bu zaman meyvə və ya badam yeyin. Gün ərzində ən sonuncu yeməyi axşam saat 7-də bitirməyə çalışın. Ondan sonra acsanız, süd için. Qidalanmanıza fikir versəniz, 70 yaşında belə metabolizmanızın yaxşı çalışdığını görəcəksiniz.
Orqanik.az