Menisküs xəstəliyi nədir? – Oynaqlarınızda bu problem varsa…

Diz oynağını üç sümük təşkil edir. Bud Sümüyü, Qaval sümüyü, Diz qapağı.

Menisküslər bud və qaval sümüyü arasında əmici funksiyasını yerinə yetirən iki ədəd aypara şəklində olan hissəciklərdir. Hər bir dizdə daxili və xarici menisküs olaraq iki dənədir. Sərt və eyni zamanda elastik formadadır. Tampon fuksiyasını yerinə yetirir. Oynaqların stabil durmasına yardım edir.

Bəs menisküslər nə üçün yırtılır?

Müxtəlif səbəblərdən yırtıqlar yarana bilər. Adətən dizin dönməsi və ya burxulması nəticəsində bu baş verə bilər. Həmçinin ağırlıq qaldırılan zaman, idman hərəkətləri zaman da bu problem yaşana bilər. Artan yaşın da buna çox böyük təsiri var.

Menisküs yırtığının dərəcəsinə görə müxtəlif göstəriciləri olur. Kiçik yırtıqlarda -yüngül ağrı və şişlik müşahidə edilə bilər. Bu əlamətlər adətən 2-3 həftədə yoxa çıxır.

Orta dərəcə yırtıqlar zamanı dizin orta nöqtəsində və ya yanlarında ağrı hiss edilə bilər. Diz üstə çökmə zamanı ani batıcı ağrı meydana gələ bilər. Bu simptomlar 1-2 həftə içində itə bilər. Ancaq dizə ağırlıq yüklənən zaman təkrar geri baş verə bilər. Müalicə edilməsə illər ərzində təkrarlayan ağrılar baş qaldıra bilər.

Yırtığın irəliləmiş formasında menisküsün yırtılan qismində oynaq içəri doğru dönər. Bu vəziyyət dizdə qurumağa səbəb ola bilər. Diz tamamilə düz hala gətirilməyə bilər. Bu orqanda boşalma hissi meydana çıxır. Şişlik və hərəkət problemi 2-3 gün ərzində yaranır.

Müalicəsi necə aparılır?

Müalicəsi bir çox faktorlardan aılıdır. Bunlar yırtığın tipi, dərəcəsi ilə bağlıdır. Xəstənin yaşı da müalicəyə təsir göstərən faktordur.
Xüsusi alətlər vasitəsilə yırtıq növünə görə tikilir ya da yırtıq qismi çıxarılır. Əməliyyatdan bir neçə həftə ərzində xəstə dincəlməlidir. İdman hərəkətlərini 1-1.5 ay sonra edə bilər.

Ancaq tək çarə əməliyyat deyil. Növünə və dərəcəsinə görə, müalicə üsullarından da istifadə edilə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.