Maral ətinin faydaları

Mətbəxlərdə ən çox gənc maralın ətindən istifadə edilir. Maral əti Şimal ölkələrdə yaşayan əhalı tərəfindən daha çox istifadə olunur. Onun xüsusi dadı olur və müalicəvi, dietik ətlərdən hesab edilir. Maral əti bişirildiyi zaman gözəl dada malik xüsusi bulyona və ətə çevrilir. Ondan avitaminozlar və maddələr mübadiləsinin pozulmaları zamanı istifadə edilir. Maraldan məşhur diç adlanan yemək hazırlanır. Maral ətini buxarda və ya közdə bişirirlər.
Necə seçməli?
Ən yaxşı maral əti 6 ayına qədər yaşı olan maralın əti hesab olunur. Gənc maral əti tünd qırmızı rəngdə və zərif, yaşlı maralın ətinin rəngi isə daha tünd və bərk olur. Ən yaxşı maral əti isə erkək maralın əti hesab edilir.
Necə saxlamalı?
Maralın ətində yağın miqdarı az olduğuna görə onu uzun müddət saxlamaq olmur. Maral əti tez xarab olan ətlərdəndir. Onu hətta dondurucuda 3 gündən artıq saxlamaq mümkün deyil. Çünki saxlanılan maral əti dadını və keyfiyyətini itirir. Maral ətindən müxtəlif dadlı yeməklərin hazırlanmasında geniş istifadə edilir.
100 qram maral ətinin qida dəyəri:
– Zülallar – 19,5 qr
– Yağlar – 8,5 qr
– Su – 71 qr
– Kalori – 154,5 kKal.
Maral ətinin bir çox müsbət özəllikləri var. Onun tərkibində yağların və xolesterinin miqdarı çox azdır. Bu ət ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün riskli qida sayılmır. Maral ətinin tərkibində yağların miqdarının az oluğuna görə o orqanizm üçün zərərli sayılmır. Onun tərkibində PP, B1, B2, B1 vitaminləri vardır ki, bu vitaminlərin qarışımı beynin funksiyasını yaxşılaşdırır, beyin hüceyrələrinin inkişafına səbəb olur, enerji mübadiləsini normallaşdırır, iştahanı artırır. Maral ətinin tərkibindəki antioksidantlar xərçəng hüceyrələrinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Maral əti antibiotik və müalicəvi təsirlərə malikdir. Bu səbəblər onun digər ətlərdən qiymətli olmasını təsdiq edir. Maral əti qoyun, toyuq və mal ətindən daha tez orqanizm tərəfindən sorulmaq qabiliyyətinə malikdir. Mütəmadi olaraq maral əti yemək atereskleroz, şəkərli diabet və hipertoniya xəstəliklərinin əmələgəlmə riskini aradan qaldırır. Maral əti yemək maddələr mübadiləsini yaxşılaşdırmaqla orqanizmdə piy toxumasının yığılmasının qarşısını alır. Onun tərkibində olan maddələr sərbəst radikallara qarşı mübarizə aparır, orqanizmdən ağır metal duz zəhərlənmələrinin xaric olunmasını sürətləndirir. Maral əti ürəkdə infarkt xəstəliyinin əmələgəlmə riskini aradan qaldırır.
Maral əti yemək dərini cavan və gözəl saxlayır. Hamilə və uşaqəmizdirən qadınlara maral əti yemək çox faydalıdır. O orqanizmin kanserogen maddələrə qarşı olan müdafiəsini möhkəmləndirir. Maral ətini kartof, tərəvəz və göbələklərlə bişirmək olur. Ondan dadlı kabab bişirilir. Maral əti dietik qida sayılır. O orqanizmi təmizləyici və sağlamlaşdırıcı qidalardan hesab edilir. Sağlam həyat tərzi yaşamaq istəyənlərə maral əti yemək tövsiyə edilıir. O dərinin elastik və davamlı olmasına səbəb olur.
Maral ətinin zərərli xüsusiyyətləri
Maral ətinin zərərli olması barədə heç bir yerdə qeydlərə rast gəlinməyib. Nadir hallarda maral əti allergik reaksiyaların meydana çıxmasına səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.