Mango – septisemiya, toxuma və orqanlarda spesifik düyünlər, abseslər əmələ gətirən zoonoz mənşəli infeksiyadır. Xəstəliyi Pseudomonas mallei çöpləri törədir.
Epidemiologiyası:
Xəstəliyin mənbəyi və rezervuarı xəstə at, qatır, eşşək, dəvədir. Atla təmasda olanlar, baytar işçiləri xəstələnirlər.
Patogenezi və patoloji anatomiyası:
Mangonun törədiciləri dəri və selikli qişaların zədələnmə yerindən daxil olaraq limfa damarlarıqan vasitəsilə toxuma və orqanlara yayılır. Mikrobun düşdüyü yerdə epiteloid hüceyrələr və neytrofil , letkositlərdən ibarət xüsusi qranulomerlər əmələ gəlir. Tezliklə onlar irinləyir və absesə çevrilir. Abses ocaqları bütüb daxili orqanlarda, əzələlərdə, oynaqlarda, sümükdə yerləşdiyindən prosesin gedişi septisemiyanı xatırladır.
Klinikası:
Mangonun gizli dövrü 1-5 gün, bəzən 2-3 həftə çəkir. Xəstəliyin kəskin və xroniki formaları ayırd edilir. Klinik gedişi ağır olur. Kəskin formada əvvəlcə intoksikasiya – üşütmə, 38,8-39,50 dərəcə temperatur, baş ağrısı, oynaqlarda əzələlərdə ağrı, zəiflik, əzginlik qeyd edilir. Gün ərzində qızdırma dalğavari gedir. Infeksiya qapısında tezliklə qızartı, infiltrat əmələ gəlir, tezliklə qanlı möhtəviyyatı olan suluğa çevrilir. 1-2 gün ərzində suluqlar deşilir, yerində kənarları cırılmış dibi “piyli” yara əmələ gəlir. Ağciyərlərin iltihabı özünü öskürmə, döşdə ağrı, selikli-irinli yaxud irinli bəlğəmin olması ilə özünü göstərir. Dodaq və burunda sianoz ocaqları, töyşümə, akrosianoz inkişaf edir.
Xəstəliyin son mərhələsində ishal, irinli artrit, fistullar əmələ gəlir. Qızdırma dövrü ürək tonları karlaşır, taxikardiya, arterial hipertenziya, ağır hallarda kəskin ürək çatışmazlığı inkişaf edir. Əksər hallarda xəstədə qaraciyər və dalaq böyüyür. Periferik qanda neytrofilyoz, leykositoz, EÇS qeyd olunur.
Diaqnozu:
Diaqnoz bakterioloji, bakterioskopik, seroloji, bioloji metodlarla və dəri-allergik sınaqlarla təsdiq edilir.
Meliodioz, taun, təbii çiçək, qara yara, frunkulyoz, karbunkulyoz xəstəlikləri, sifilisin bəzi formaları, limfa düyünlərinin vərəmi, septisemiya ilə differensiyasiya olunmalıdır.
Müalicəsi:
Xəstələr xüsusi palatalarda yerləşdirilməlidir. Müalicə gedişində sulfanilamidlər və antibiotiklər uzun müddət istifadə olunmalıdır. Sulfanilamidlərlə birlikdə penisillin, streptomisin yaxud mallein yeridilir.
Əsas diqqət patogenetik müalicəyə yetirilməlidir.
Orqanik.az